Üç qardaşın birliyi kimləri narahat edir? - Abdullah Ağardan ÖZƏL AÇIQLAMA
"Azərbaycanın Türkiyə ilə birgə gerçəkləşdirdiyi hərbi təlimlər və ya bu təlimlərə Pakistanın da daxil olması beynəlxalq hüquqa uyğundur, ölkələrin qarşılıqlı razılaşmaları çərçivəsində ortaya çıxan vacib reallıqdır. Burada hər hansı bir hərbi bazanın yaradılmasından, qoşun yerləşdirilməsindən söhbət getmir, mövzunun Xəzərlə ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur".
Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin açıqlamasını şərh edərək, İranın səbəbsiz yerə bəzi şeylərdən narahat olduğunu qeyd edib:
"YPG/PKK başda olmaqla, İran hərbiçilərinin Türkiyəyə qarşı təhrik edildiyi və istifadə olunduğu bir çox gərginlik nöqtəsi var. Amma İran rəsmisinin bu fikirləri manipulyasiyadır. Onun bu bəyanatı "öküz altında buzov" axtarmağa bənzəyir. Çünki Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimin İranı təhdid edən və Xəzər dənizinin statusunu pozacaq bir tərəfi yoxdur.
Narahat qüvvələr var...
Hələ də İran TIR-larının Qarabağda görünməsi dostluğa və qardaşlığa uyğun gəlmir, Ermənistanı dəstəklədiyi bir məqamda Türkiyə və Azərbaycanı özündən uzaqlaşdıran hiyləgər bir siyasət yürütdüyünü ən yaxşı özü bilir.
II Qarabağ müharibəsində Türkiyə, Pakistan və Azərbaycan bir-birinə ət, sümük kimi sarıldı. Xüsusi ilə də bu müddət ərzində üç bayraq bir yerdə dalğalanırdı. Bu dövlətlərin həm müharibədən, həm ölkələrin, xalqların bir-birinə yaxınlığından qaynaqlanan, həm də strateji və geosiyasi sferalarda bir-biri ilə işbirliyi mənzərəsi mövcuddur. Əslində İrandakı narahatlığın təməlində, kökündə bu məsələ dayanır. Türkiyə, Azərbaycan və Pakistanın bir-birinə yaxınlaşması bəzi region güclərini narahat edir. İki ölkənin (Azərbaycan və Türkiyənin) bir araya gəlməsi necə böyük uğurlara, nəticələrə səbəb olubsa, üç ölkənin (Azərbaycan, Türkiyə və Pakistan) bir araya gəlməsi də daha böyük uğurlar qazandıracaq. Bu üç qardaşa qarşı çıxan qüvvələr məqsədlərinə çata bilməyəcəklər".
Xatırladaq ki, üç gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə deyib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





