Süni şəkildə prosesləri ləngitmək Ermənistana yaxşı heç nə vəd etmir - Sevil Mikayılova
Ermənistan siyasi rəhbərliyi nəhayət ki, zamanın nəbzini tutmağı bacarmalıdır və yaranmış tarixi imkandan yararlanmaq üçün Azərbaycanın irəli sürdüyü şərtlərin həyata keçirilməsini yubatmamalıdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Ermənistanın siyasi rəhbərliyi 10 Noyabr Bəyannaməsinin müddəalarının həyata keçirilməsi məsələsində siyasi iradə nümayiş etdirməli, sülh müqaviləsinin imzalanmasını tezləşdirmək üçün əməli addımlar atmalıdır: "Rəsmi Yerevan anlamalıdır ki, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsi mütləqdir, bu, ölkədaxili ictimai münasibətlərin tənzimlənməsi və siyasi sabitliyin yaranması üçün həyati vacib məsələdir. Məğlubiyyət sindromu çox təəssüf ki, bu gün Ermanistanı səbatlı davranış göstərməkdən çəkindirir, sülhün təminatı istiqamətində atılacaq hər hansı addımın isə növbəti uğursuzluq damğası ilə qarşısı alınır.
Sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətli aparılması nəqliyyat xətlərinin açılması ilə paralel olaraq həyata keçirilməlidir. Süni şəkildə prosesləri ləngitməsi onsuz da dərin siyasi, iqtisadi və mənəvi böhran yaşayan Ermənistana yaxşı heç nə vəd etmir".
Deputat vurğulayıb ki, Ermənistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadi tənəzzül, digər ölkələrdən siyasi və iqtiasdi asılılıq vəziyyəti daha da ağırlaşdırır.
S.Mikayılova qeyd edib ki, 2020-ci ildə Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlubiyyəti onun əhalisinin maddi rifah halının daha da pisləşməsi ilə nəticələnib: "Məhz bu səbəbdəndir ki, bu ilin ilk 7 ayı ərzində əhalinin təbii artımı əvvəlki dövrlə müqayisədə 1.8 dəfə azalıb.
Əhalinin sayındakı mənfi dinamika təbii ki, ölkədən emiqrasiya edənlərin sayının durmadan artması səbəbibdən daha da güclənir. Ölkənin gələcəyinə inamı olmayan vətəndaşlar digər ölkələrə üz tutur və özlərinə daimi yaşayış üçün yer axtarırlar. Onların çoxu gənclərdır. Vəziyyət elə gərgin həddə çatıb ki, Ermənistanda artıq işçi qüvvə çatışmazlığı sindromu yaşanır.
Proqnozlar göstərir ki, daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar cari ildə ölkəni iqtisadi uçurumun kənarına gətirib, Ermənistan dövləti və xalqı təkcə ağır hərbi məğlubiyyətə uğramayıb, həm də dərin iqtisadi böhran içərisindədir.
Qeyd edək ki, ötən il Ermənistan iqtisadiyyatında 7,2 faiz azalma olub. Tikinti sektoru 11,2 faiz, ticarət dövriyyəsi 13,5 faiz, xidmətlərin həcmi 13,6 faiz azalıb. O cümlədən ölkənin xarici ticarət dövriyyəsi 12,4 faiz, ixrac 5,2 faiz, idxal 15,9 faiz enib. Belə acınacaqlı bir durumda olan ölkə yaxşı olar ki, yersiz təkəbbürünə qalib gəlib, konstruktiv mövqe tutsun, öz ölkəsi və xalqı, əlbəttə regionun sabitliyi naminə Azərbaycan irəli sürdüyü şərtləri qəbul edib real addımlar atsın.
Hazırda regionun Prezident İlham Əliyev tərəfindən irəliyə sürülən təşəbbüslərə əsaslanan yeni inkişaf konsepsiyası mövcuddur və Ermənistanın bu mühitdən özünü təcrid etməsi onun növbəti fiaskosu olacaq. Ermənistan reallığı düzgün dəyərləndirməlidir, yalnız korrekt və operativ addımlar onun üçün xilas yolu ola bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





