Siyasət

Zaxarovanın atmacasına Ukraynadan CAVAB GECİKMƏDİ - Özəl olaraq Milli.Az üçün

4 Sentyabr 2021 15:42
Baxış: 2 271

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötənn gün keçirdiyi brifinqdə Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərini dəyərləndirərkən dediyi "ABŞ Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə edir" sözləri cavabsız qalmayıb.

Ukrayna Diplomatiya İnstitutunun mütəxəssisi, siyasi ekspert Nikolay Spiridonov Milli.Az-a açıqlamasında Zaxarovanın sözlərinə cavab olaraq deyib:

"Rusiya ilə Ukrayna arasında uzun müddətdir ki, informasiya (və yalnız informasiya deyil) müharibəsi gedir. Zelenskinin Vaşinqtona getməsi faktına Rusiya aqressiv reaksiya verdi.
Hərbi yardıma gəlincə, Ukrayna bunu, məsələn, Əfqanıstan hökumətinin aldığından dəfələrlə az miqdarda alır.

ABŞ -dan söhbət gedirsə, demək istəyirəm ki, əksinə onlar "Amerikalılar üçün Amerika" Monro Doktrinasına qayıdaraq dünyadakı varlıqlarını tədricən azaldırlar. Ona görə də Zaxarovanın açıqlamasını əsassız hesab edirəm".

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü ABŞ-ın Ukraynaya maliyyə yardımını "şəkər xəstəsinə şəkər verərək kömək etmək kimi bir şey" adlandırıb.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.