Siyasət

Putin və Makron Qarabağı müzakirə etdilər

19 Avqust 2021 20:49
2 Şərh     Baxış: 2 144

Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.

Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbətin əsas mövzusu Əfqanıstanda cərəyan edən proseslər olsa da, dövlət başçıları arasında Qarabağ məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Makronun xahişi ilə Putin onu 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasının gedişi barədə məlumatlandırıb. Bildirilib ki, bütövlükdə bölgədə vəziyyət sabitdir. Qeyd olunub ki, hazırda Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində addımlar atılır.

Söhbət zamanı prezidentlər bundan sonra da Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, xüsusilə də ATƏT-in Minsk Qrupu çərçivəsində əməkdaşlığı davam etdirmək əzmini ifadə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.