Siyasət

Ermənilər tarixi Azərbaycan ərazilərinin adlarını dəyişiblər - VİDEO

19 Avqust 2021 12:22
Baxış: 1 065

Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu" deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır.

1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Prezident İlham Əliyev Kəlbəcər rayonunda dediyi bu fikirlərlə hər kəsi tarixi torpaqlarımızı öz adları ilə çəkməyə çağırıb. Çünki illərdir, ermənilər Azərbaycan torpaqlarında qurduqları dövlətin ərazisində olan toponimləri özününküləşdirməyə çalışıblar.

Tarixi adların silinməsi isə illərlə tədricən aparılıb. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi ilə bu proses başlayıb. Liviyadan və digər ölkələrədən deportasiya olunan ermənilər məskunlaşdıqları əraziləri öz adları ilə çağırmağa başlayıblar. Sonradan isə artıq bu proses özünü xəritələrdə göstərib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili, tarixçi alim Musa Qasımlının sözlərinə görə, ermənilər heç bir zaman toponimləri dəyişdirdiklərini inkar edə bilməzlər. Ermənilər özləri də bilir ki, tarixi müqavilələrdə və kitablarda qeyd olunan adların heç biri ilə indi onların qoyduqları adlar uyğun gəlmir. Lakin onlar bu müddət ərzində  dağların, çayların və bulaqların, o cümlədən tarixi abidələrin adlarını dəyişiblər.

Xəritələr və tarixi həqiqət isə heç vaxt dəyişmir. Daima Azərbaycan abidələrini saxtalaşdırmağa çalışan ermənilər, bu abidələri geri qaytardıqları kimi tarixin əsl adlarını da geri qaytarmalı olacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.