Ermənilər Zod mədənindən qaçdılar - FOTO
Azərbaycan-Ermənistan sərhədində ermənilərin mövqelərimizi sürəkli atəşə tutmaları səbəbindən Söyüdlü- Zod qızıl mədəninin ermənilər tərəfdə olan hissəsində bütün işlər dayandırılıb.
Mədənin istismarı ilə məşğul olan "GeoProMining Gold" şirkəti bütün əməkdaşlarını və texnikanı mədəndən çıxarıb.
Son məlumatlara görə, ermənilər mədəndə çalışan 200 nəfər işçini təcili təxliyə ediblər.
Xatırladaq ki, Söyüdlü-Zod qızıl yatağı Kəlbəcər rayonu ərazisində yerləşir.

Kəlbəcər rayonu erməni işğalında olarkən rayon ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistanın işğalçı rejimi tərəfindən talan edilib. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6-22,6 q/t) dəyişir. Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Ertəsi gün Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdiriblər.
Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonlarının sərhədində yerləşən Söyüdlü-Zod qızıl yatağının ümumi ərazisinin 76 faizi Azərbaycanın Kəlbəcər, 24 faizi isə Ermənistanın Basarkeçər rayonunun ərazisində idi.

Yatağın istismarına 1976-cı ildən başlanıb. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə "GeoProMining" şirkəti rəhbərlik edir. 2009-cu ildə 320,5 min ton qızıl filizi, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton hasil edilib. Bu dövrdə qızıl mədənində 350-400 nəfər işçi çalışırdı, onların orta aylıq maaşı təxminən 250 ABŞ dolları olub. Filizin dəmiryolu nəqliyyatı ilə Ararat qızıl istehsal zavoduna emal üçün göndərilirdi. Bu mədəndən hasil edilən filizin daşınması Ermənistan dəmiryolu daşınmalarının 55%-ni təşkil edirdi. İkinci Qarabağ müharibəsi başlandıqdan sonra yataqdakı hasilət işləri dayandığından Ermənistan dəmiryolları sistemində kütləvi ixtisarlar başlayıb. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Yatağı qanunsuz istismar edən GeoProMining şirkəti Ermənistanda 4-cü ən böyük vergi ödəyicisi idi.
Orxan Hun
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır





