Siyasət

Zakir Həsənolv “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib - FOTO

17 Avqust 2021 23:17
0 Şərh     Baxış: 700

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən "IDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN"  və bir sıra digər şirkətlərinin rəhbərləri ilə  görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.