Paşinyanın Bakıya təklifinin PƏRDƏARXASI - Düşmən yeni plan qurub
"Paşinyanın Azərbaycanla danışıqlara hazır olduqlarını açıqlaması ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın KTMT baş katibi Stanislav Zasla görüşündə etdiyi "Əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır" açıqlamasına bir konteksdən baxsaq görərik ki, Ermənistan artıq öz mövqeyini formalaşdırır və danışıqlar üçün öz əlini gücləndirmək niyyətindədir. Amma Ermənistanın öz mövqeyini gücləndirmək cəhdi ancaq sözdə baş verir".
Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Politoloq bildirib ki, Qarabağ artıq Azərbaycanın daxili məsələsidir:
"Ermənistanın öz mövqeyini gücləndirmək planı müdafiə nazirlərinin çıxışları, eyni zamanda Qarabağda yerləşən hərbi birləşmələrinin fəallaşması əsasındadır. Burada da yenə Ermənistanın əsas niyyəti danışıqları pozmaqdır və yaxud Paşinyanın danışıqların gündəliyinə Azərbaycan Prezidenti ilə Qarabağın müzakirə edilməsinin salınması məsələsi dayanır. Yəni hamıya aydındır ki, Azərbaycan Prezidenti bəyan edib ki, Qarabağ münaqişəsi bitibdir və Ermənistan rəhbərliyi ilə Qarabağ haqqında danışığın aparılması qeyri-mümkündür.
Azərbaycanın gündəliyində Ermənistanla ancaq iki dövlət arasında olan məsələlərin müzakirəsi ola bilər. Bura sülh müqaviləsi, sərhədlərin delimitasiya, demarkasiyası, kommunikasiyaların açılması daxildir. Azərbaycan bu məsələləri bölür. Qarabağ məsələsi artıq Azərbaycanın daxili məsələsidir və biz bunu ancaq orada olan problemlərlə bağlaya bilərik. Müdafiə Nazirliyinin son bəyanatında da əks olunubdur ki, biz rus sülhmərmlılarından tələb edirik ki, üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinə çalışsın. Ermənistanla isə dövlətlərarası məsələləri müzakirə edirik. Yəni gündəliyin formalaşması bu istiqamətdədir.
Paşinyan isə bir tərəfdən həm sərhəddə təxribatlarla, eyni zamanda Qarabağda olan Ermənistan silahlı qüvvələrinin qalıqlarının fəallaşaraq təxribatlar törətmələrindən istifadə edərək çalışır ki, Minsk Qrupunun həmsədrliyi ilə Azərbaycanı yenidən Qarabağ ətrafında müzakirələrə cəlb etsin.
Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatına Azərbaycan XİN-i heç reaksiya da vermədi. Bu o deməkdir ki, əgər Minsk Qrupu Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyirsə, Azərbaycan bu gündəliyi qəbul etməyəcək. Nəticədə Paşinyanın bu "sülhsevər" bəyanatı yenə də populizmdir. O, əvvəlcədən də bilir ki, bu, mümkün olmayan bir məsələdir və bununla da beynəlxaq ictimaiyyət qarşısında Azərbaycanı destruktiv qüvvə kimi nümayiş etdirməyə çalışır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





