Siyasət

Spiker Oqtay Əsədovun İtaliyaya səfərinin proqramı açıqlanıb

1 May 2010 12:32
Baxış: 243
Məlumatı keçirdiyi brifinqdə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu verib. O deyib ki, üç gün davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin İtaliya Parlamentinin rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Akif Təvəkküloğlunun sözlərinə görə, görüşlərdə İtaliya-Azərbaycan parlamentləri arasında əməkdaşlığın səviyyəsi və perspektivi, informasiya mübadiləsi və Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə predmeti olacaq.

Oqtay Əsədovu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlar Qüdrət Həsənquliyev, Azər Kərimli və Rüfət Quliyev müşaiyət edəcək.

Səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri, İtaliya senatorunun müavini və digər rəsmilərlə görüş nəzərdə tutulur.

Səfər İtaliya Deputatlar Palatasının dəvəti ilə həyata keçirilir.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.