AXCP-də istefa dalğası davam edir
AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən və partiyanın ən aktiv fəallarından hesab edilən Fatimə Hüseynova partiyadan istefa verib. Maraqlıdır ki, AXCP-də bu məlumatın gizli saxlanması və ictimaiyyətə açıqlanmaması qərarlaşdırılsa da, bunu təmin etmək mümkün olmayıb. Qeyd edək ki, son zamanlar AXCP-nin daxilində ciddi narazılıq baş qaldırdığı, adları gizli saxlanılan daha bir neçə nəfərin istefa verdiyi barədə məlumatlar var. Buna səbəb kimi, partiya daxilində mövcud mühitdən narazılığın olması, partiyanın faktiki olaraq cəmiyyət arasında nüfuzdan düşməsi, funksionerlərin və sıravi üzvlərin Əli Kərimlinin bir sıra qərarları ilə razılaşmaması kimi məsələlər göstərilir.
Partiya sədrinə qarşı irəli sürülən ittihamların əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyənin qardaş ölkə olması və Vətən müharibəsində Azərbaycana böyük dəstək verməsi fonunda cəbhəçilərin bu səpkili təbliğatı faktiki olaraq ermənilərin, yunanların, kürd separatçılarının və Türkiyəyə qarşı ardıcıl mübarizə aparan Qərb dairələrinin sevincli iddiaları ilə üst-üstə düşür. Bu isə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır və partiyanın nüfuzuna böyük zərbə vurur.
Bir neçə gün bundan əvvəl F.Hüseynova anasının xəstəliyi ilə əlaqədar yardım istəməsi barədə sosial şəbəkələrdə məlumat getmişdi. Onun bu məsələ ilə bağlı AXCP sədri Əli Kərimliyə də müraciət etdiyi, lakin heç bir köməklik göstərilmədiyi bildirilir. Hazırda F.Hüseynovanın istefasının bu məsələ ilə əlaqələndirilməsinə cəhdlər olunsa da, məsələ daha qəlizdir və AXCP sədrinin Türkiyənin əleyhinə verdiyi "ustanovka"nın da bunda az rolu olmayıb. Proseslərin gedişi AXCP-də narazılığın daha da artacağını və yeni istefalar olacağını deməyə əsas verir. Bu isə onu göstərir ki, Əli Kərimlinin idarəçiliyi dövründə dəfələrlə parçalanan AXCP növbəti parçalanma dövrünü yaşayır və bundan sonra partiyanın aqibəti kifayət qədər qaranlıq görünür.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb





