Siyasət

Ermənistan oktyabrı gözləyir - Azərbaycanın bir neçə ay vaxtı qalıb

29 İyul 2021 12:02
Baxış: 28 573

"Ən yaxşı erməni ölmüş ermənidir": Bu deyim getdikcə bir daha öz təsdiqini tapır. 44 günlük müharibənin Ermənistan üçün nəticə çıxarmaq baxımından çox önəmli olacağı düşünülsə də son günlər sərhəddə atəşkəsin pozulması hallarının intensiv xarakter alması rəsmi İrəvanın başında kimin olmasından asılı olmayaraq dövlət siyasətlərinin xarici qüvvələrin istəklərini icra etməkdən, terror xislətindən ibarət olduğu bir daha ortaya çıxır. Sərhəddə artan gərginlik belə düşünməyə əsas verir. Bununla da müharibənin bitməyindən (10 noyabr bəyanatı) 8 ay vaxt keçsə də hələ də bəyanatın müddəalarını icra etməyən rəsmi İrəvan yeni planı ilə Rusiya dövlət başçısının da imzası olan sənədlərin qüvvədən düşməyinə çalışır. 

II Qarabağ müharibəsindən dərhal sonra imzalanan üçtərəfli sazişə əsasən, qısa müddətdə Azərbaycan-Ermənistan sərhədlərinin sovet dövrünün xəritəsinə uyğun olaraq müəyyənləşdiriləcəyi gözlənilsə də, bu 8 aya yaxın bir müddətdə demarkasiya və delimitasiya prosesi hələ də öz həllini tapmayıb. Anlaşmanın şərtlərinə əməl etməmək üçün düşmənin sərhəddə təxribat xarakterli addımları artıq intensiv hal atır. Ermənistanın bununla vaxt qazanmaq məqsədi güddüyü sirr deyil. Nəzərə alsaq ki, xüsusilə işğaldan azad edilən Kəlbəcər, Laçın istiqamətində qar örtüyü məhz may ayından etibarən əriməyə başlayır, o zaman Ermənistanın bir çox planlarını müəyyən etmiş olarıq. 10 noyabr üçtərəfli bəyanatının şərtlərini icra etmək üçün daxili siyasi vəziyyətin gərginliyini səbəb göstərən Ermənistan tərəfi may ayının əvvəlindən etibarən Azərbaycanla sərhəddə ard-arda təxribatlar törətməyə başladı və bu təxribatlar bu gün daha intensivləşib. Demək məsələ başqadır.

Sərhədlərin müəyyənləşdirilməsi üçün yaranan əlverişli imkanı deaktiv etmək üçün ortaya parlament seçkilərini atıb, ardınca daxili siyasi gərginliyin səngiməyi üçün zaman istəyən Ermənistan rəhbərliyi, planını həmin ərazilərdə hava şəraitinin yenidən kəskinləşəcəyi tarixə uyğun hesablayıb. Yəni, İrəvan sərhəddəki bu gərginliklərlə delimitasiya üçün münbit vəziyyətin hələ mümkün olmadığı görünütsü yaradaraq yenidən qış aylarına ümidlərini dikiblər. Bununla İrəvan vaxt qazanıb həm siyasi, həm də hərbi imkanlarını yenidən artırmaq niyyətindədir. Eyni zamanda Nikol Paşinyan sadiqlik andı içibmiş kimi ətəyindən əl götürmədiyi Qərbi, xüsusilə də Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransanı bölgəyə gətirərək, "münaqişənin" ATƏT-in Minsk Qrupu prinsipləri çərçivəsində "həllinə" can atır. Bu prinsiplər isə bizə çox tanışdır. Düz 30 il eyni nağılları dinlədik. Amma sonda işğala Azərbaycan öz Ordusu gücünə son qoydu.

Artıq rəsmi Bakı bütün qərarlarını verib. Regionda 44 günlük savaş ilə yeni geosiyasi vəziyyət formalaşdıran Azərbaycan tarixi Zəfərlə Ermənistanın bütün ideoloji sütunlarını darmadağın etməyi bacarıb. Yürütdüyü siyasətin sabun köpüyündən başqa bir şey olmadığından xəbərdar olan Paşinyan daxildə sarsılan nüfuzunu bərpa etmək üçün çıxış yolları axtarır. O hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi artıq hakimiyyətinin sonu ola bilər və şansı qalmayacaq. Çünki Paşinyan yaxşı anlayır ki, sərhədlərin demarkasiyası və delimitasiyası faktiki olaraq Azərbaycanın sərhədlərini tanımaq deməkdir. Buna görə də prosesi o istiqamətdə yubatmaq, vaxt aparmaqla məşğul olan Ermənistan rəhbərliyi əlindən gələni ardına qoymaq fikrində deyil. Lakin rəsmi Bakı çox yaxşı başa düşürük ki, sərhəd məsələmizin həll edilməsi üçün sadəcə bir neçə ay vaxtımız var. 

Ermənistan tərəfi anlamalıdır ki, əgər Ermənistan öz təxribatlarını davam etdirərsə və tez bir zamanda Azərbaycan sərhədlərini tanımazsa, adekvat cavabımız çox ağır olacaq. Bu isə Nikol Paşinyanın imzasına qoymadığı hörmətə verilmiş növbəti dərs, onun isə ikinci böyük səhvi olacaq. Birinci səhvində (44 günlük II Qarabağ müharibəsi) biabırçı məğlubiyyətlə üzləşdisə, onun ikinci səhvi Ermənistanın dövlət sərhədlərini və bugünkü dövlətçiliyini təhdid altında qoyacaq. 

Bu hadisələr fonunda rəsmi Bakı olduqca təmkinli davranışı ilə diqqət çəkir, soyuqqanlılığını qoruyur. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına son müsahibəsində də biz bunun şahidi olduq. Dövlət başçısı bu müsahibə zamanı "Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək" deməklə, Azərbaycanın istər Ermənistandakı, istərsə də bölgədəki proseslərə nəzarət etdiyinə işarə vurub.

Prezidentin "Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik" sözləri isə onda olan soyuqqanlılığın haradan qaynaqlandığını göstərir. Proseslərin inkişafı çox güman ki, bizi qarşıda növbəti xoş xəbərlərlə üz-üzə qoyacaq. Çox yox, 8 ay əvvələ nəzər salsaq görərik ki, postkonflik dövründə də Qarabağ ətrafında cərəyan edən hadisələr Azərbaycanın istəklərinə uyğun davam edir. Proseslər və son bəyanatlar düşünməyə əsas verir ki, həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürlər var və dövlət başçısı nəyi, nə vaxt və necə etməli olduğunu çox yaxşı bilir.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.