Azərbaycan, Türkiyə və Pakistan tarixdə bir ilkə imza atdı - General Milli.Az-a AÇIQLADI
"Dünən yeni bir tarix yazıldı. Türkiyə, Pakistan və Azərbaycan arasında Bakı Bəyannaməsi imzalandı. Dünya tarixində bir ilkə imza atıldı - Bir ölkənin Milli Məclisində üç ölkənin çoxtərəfli bir Bəyanata imza atması tarixdə bir ilkdir".
Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
2.jpg)
General qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan arasındakı imzalanan Bakı Bəyannaməsi nəticəsində ölkələrimizin müdafiə sənayesi çox böyük inkişaf mərhələsinə qədəm qoyur:
"Bakı Bəyannaməsinin imzalanması eyni zamanda Azərbaycanın Qarabağ Zəfərindən sonrakı fəaliyyətlərin diplomatik zəfərləri və çoxtərəfli münasibətləri inkişaf etdirməsinin nəticəsidir. Bu üç ölkə həm İslam Əməkdaşlıq Təşkilatına və həm də İqtisadi Əməkdaşlıq Təşkilatına birgə üzvdürlər, orada da bərabər çalışırlar.
Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ilk ölkədir, eyni zamanda dünya orduları içərisində 13-cü böyük və güclü orduya malikdir, dünyada da nüvə silahına malik olan 8 ölkədən biridir. 1991-ci ildən etibarən Pakistan Azərbaycanın haqq və mənfəətlərini, ərazi bütövlüyünü müdafiə edib və Qarabağ problemində bütün Azərbaycana böyük dəstək nümayiş etdiribdir. Bu köməyini və dəstəyini 44 günlük Vətən müharibəsində də davam etdirib.
Bakı Bəyannaməsi əslində 2017-ci ildə imzalanan ilk XİN rəhbərləri səviyyəsindəki Bakı Bəyannaməsindən sonra ikinci böyük addımdır. Həmin vaxt xarici işlər nazirləri ilə birgə keçirilən iclasdan sonra 2021-ci ildə də üç ölkə arasında İslamabad sazişi imzalanmışdı.

Ötən gün imzalanan Bakı Bəyannaməsini Azərbaycan nöqteyi nəzərdən dəyərləndirsək, Azərbaycanın müstəqilliyini elan etdikdən sonra yürütdüyü müstəqil siyasət Şuşa Bəyannaməsi, Bakı Bəyannaməsi ilə birgə ən zirvəsinə çatdığının göstəricisidir. Bu bəyannamələr Azərbaycanın beynəlxalq arenadakı əhəmiyyətinin və Azərbaycanın coğrafiyasının strateji əhəmiyyətinin artmasının, artıq dünyada sözü eşidilən və sülhə, iqtisadiyyata, rifaha, sabitliyə töhvə verən bir ölkə olduğunun sübutudur. Bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin nə qədər sağlam əməllərə söykənən və uzaqgörən bir siyasətinin nəticəsi olduğunun sübutudur. Eyni zamanda Şuşa Bəyannaməsi ilə birgə Bakı Bəyannaməsi də Azərbaycanın artıq Qafqazların güc mərkəzi olduğunun təsdiqidir.
Azərbaycanın gəlib çatdığı hazırki vəziyyət həm Qafqazda sülhə və sabitliyə kömək olacaq, həm də dünya əhəmiyyətli layihələrə çox böyük töhfə verməsinə səbəb olacaq. Dolayısı ilə, Azərbaycan artıq həm region ölkələrinin inkişafında töhvə verəcək, həm bölgənin rifahına, sülh şəraitində yaşamasına, inkişafına, iqtisadiyyatına müsbət təsir göstərəcək, həm də dünya miqyaslı iqtisadi layihələrə dəstək olacaqdır. Belə desək yerinə düşər, hər üç ölkə Hind okeanı, Xəzər dənizi və Qara dəniz boyunca bir aypara şəklində böyük imkanlara sahib olacaq.
Eyni mədəni dəyərlərə sahib olan qardaşımız Azərbaycanla, dostumuz Pakistanla birlikdə baş verənlərə qarşı eyni baxış bucağına sahib ola bilmək və sülhə, sabitliyə töhvə vermək nəzərindən birgə güc formalaşdırmaq Türkiyə üçün də önəmli bir qazancdır. Bu işbirlikləri və ya bu Bəyannamələr nəticəsində xüsusilə müdafiə sənayesi mənasında çox böyük inkişaf olacağını düşünürəm və önümüzdəki vaxtlarda birgə Türkiyə Azərbaycan, Azərbaycan və Pakistan istehsalatı müdafiə sənayesi məhsullarının istehsal ediləcəyini və dünyaya bir brend olaraq təqdim ediləcəyini görəcəyik. Və bu nəticə hər üç ölkənin qarşısına böyük fürsətlər və tarixi missiyalar qoyur. Qarşıdakı bu mərhələdən sonra bu üçlü, çoxtərəfli sazişlərə başda Türk Dövlətləri Təşkilatındakı ölkələr olmaqla bölgədəki digər dövlətlərin də qoşulmaq və bura qatılmaq istiqamətində iradə göstərəcəklərini düşünürəm".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





