Siyasət

“Əliyev kifayət qədər ciddi oyunçudur, o, müharibədən sonra...”– İsgəndəryan

27 İyul 2021 20:02
0 Şərh     Baxış: 1 613

"Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə bitdi. Noyabr ayında savaş sona çatdı".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Buna baxmayaraq, onun sözlərinə görə, münaqişə davam edir, amma aşağı intensivlikdə.

İsgəndəryan müharibədə qalib gələn Azərbaycan Prezidenti İlham Əliyevin əldə etdiyi müsbət nəticələrdən məharətlə istifadə etdiyini bildirib. Politoloq müharibədə məğlub olan Ermənistana müxtəlif yollarla təzyiq göstərildiyini qeyd edib:

"Birincisi, İrəvana artıq Qarabağ münaqişəsinin olmadığını, bunun bitdiyini və münaqişədən sonrakı problemlərin həllinə keçməyin vaxtı çatdığı mesajını verir. Buna görə ona təzyiq göstərir".

İsgəndəryanın fikrincə, ikinci yol, sövdələşmələrin yerinə yetirilməsi üçün "hərbi əsir" məsələsindən istifadə olunmasıdır: "Əliyev Ermənistanın daxili siyasi və müzakirə sahəsində kifayət qədər ciddi oyunçu hesab olunur. Əslində, o, faktiki olaraq həm jurnalistlər arasında, həm də sosial şəbəkələrdə Ermənistan daxilindəki müzakirələri artıq dəyişdirib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.