Siyasət

Azərbaycan və Rusiya arasında münasibətlər yeni inkişaf mərhələsinə keçir - ŞƏRH

22 İyul 2021 15:28
Baxış: 441

Azərbaycan Rusiya münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır və artan xətlə inkişaf edir. Prezident İlham Əliyevin Rusiyaya işğüzar səfəri çərçivəsində ölkələrimiz arası münasibətlərin yeni mərhələyə gətirilməsi və münaqişədən sonrakı dövrün ağrısız keçməsi istiqamətində görüləcək məsələlərlə bağlı müzakirə aparılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, 2020-ci il pandemiyanın dünya iqtisadiyyatına təsirindən azalmalar müşahidə olunduğu kimi Azərbaycan Rusiya arasındakı ticarət dövrüyyəsində də azalma müşahidə olunub:

"Amma cari ildə bu azalma kompensasiya olunur və daha genişləndirilməsi istiqamətində hökumətlər arası komisiyalar fəaliyyət göstərəcəkdir. Ölkə başçımızın uzaqgörən siyasəti sayəsində beynəlxalq nəqliyyat dəhlizlərini ərsəyə gəlməsini reallaşdıra bilmişik. 2020-ci il iqtisadiyyatın müxtəlif sahələrində azalmalara gətirilməsinə baxmayaraq cari ildə nəqliyyat dəhlizləri vasitəsilə daşınmalarda sıçrayışlı artımlar müşahidə olunur. Məsələn, keçən ilin müvafiq dövrü ilə müqayisədə Cənub-Şimal nəqliyyat dəhlizi vasitəsilə ancaq Rusiyaya daşınmalar 20% artıb.

Təbii ki, beynəlxalq daşınmaların artması dövlət büdcəsinə gələn əlavə gəlirlər deməkdir".

A.Badamov vurğulayıb ki, Azərbaycan Rusiya ilə humanitar sahədə əməkdaşlığını genişləndirir: "O cümlədən ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində Rusiyanın iştirakı artır. Məsələn, bu gün dünya üçün çox aktual Sputnik V vaksinin istehsalını Azərbaycanda təşkil edilməsi istiqamətində işlər görülür. Həm də hökumətlərarası komissiyaları tərəfindən qeyri-neft sektorunda ölkələrimiz arasında istifadə olunmamış iqtisadi potensialının təhlili aparılacaq və yeni imkanlardan istifadə edilməyi planlaşdırılır.

Prezidentlərin görüşü zamanı müzakirə olunan əsas məsələlərdən biri də regionda davamlı sülhün təmini istiqamətində işlərin intensivləşdirilməsi olmuşdur. Yəni, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi yeni reallıqlar üzərində yeni səhifənin açılması vacibdir və düşünürəm ki, bu yeni səhifənin açılmasında Rusiya öz üzərinə götürdüyü öhdəliyinə sadiqliyini nümayiş etdirir. Burda eyni vaxtda paralel şəkildə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması və yekun olaraq sülh müqaviləsinin imzalanması məslələri gündəlikdə aktualdır.

Bu məsələlərin reallaşmasında Azərbaycan israrlıdır və Rusiya da özünü regionda uzunmüddətli sabitliyin bərqərar olunmasına maraqlı olduğunu göstərir. Cənab Prezidentin Rusiyaya işgüzar səfərindən sonra Ermənistan-Azərbaycan arasında baş verən ara-sıra atışmalara da son qoyulacağını düşünürəm. Həll olunmamış ən mühüm məsələlərdən biri də Qarabağda erməni hərbi birləşmələrin hələ də qalmasıdır. Düşünürəm ki, Prezident Putinlə bu məsələ də müzakirə olunmuşdur. Həm də qeyd etdiyim məqamlarının razılaşdırılması məqsədilə Rusiya Prezidenti Putin əvvəl Paşinyanla , sonra da Prezident İlham Əliyevlə görüşərək regiondan uzun müddətli və dayanıqlı sülhə nail olunması üçün müəyyən məsələlər razılaşdırıldığını düşünürəm. Hesab edirəm ki, bundan sonra postmünaqişə dövründə münasibətlər müsbət ruhda inkişafına təkan verəcəkdir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.