Siyasət

Yeni media-platformasının yaradılması müstəsna əhəmiyyət kəsb edir - Nizami Səfərov - VİDEO

17 İyul 2021 12:06
Baxış: 677

Trend və TASS agentliklərinin birgə layihəsi "Eastweststream.com" media-platformasının yaradılması müstəsna əhəmiyyət kəsb edir və olduqca mühüm hadisədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov platformanın təqdimatı zaman deyib.

N.Səfərov bildirib ki, nəticə etibarı ilə bu layihə regionda baş verən hadisələr haqqında və Azərbaycan həqiqətləri barədə düzgün məlumatların beynəlxalq informasiya məkanına ötürülməsi baxımından böyük əhəmiyyətə malikdir.

N.Səfərov əlavə edib ki, bu layihə eyni zamanda saxta informasiya ilə mübarizədə mühüm əhəmiyyətə malikdir.

Deputat qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə nəticəsində regionda yeni reallıqlar yaranıb: "Bu reallıqlar haqqında düzgün məlumatların beynəlxalq aləmə çatdırılması olduqca vacibdir. Bu baxımdan, hesab edirəm ki, bu gün təqdimatına toplaşdığımız bu layihə beynəlxalq ictimaiyyətin region haqqında düzgün informasiya ilə təmin edilməsi baxımından əhəmiyyətli rol oynayacaq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.