Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, iyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.
Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdu.
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumatda deyilir: "Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".
Milli.Az