Siyasət

Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq - Türkiyə Prezidenti

16 İyun 2021 16:07
Baxış: 716

Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, bu zəfərdən kimsə rahatsız olmasın, çünki bu zülmün deyil, sülhün zəfəridir: "Qarabağın hər küncünə hüzur hakim olub. Azərbaycanlı qardaşlarımız yuvalarına dönəcək. Gələcəkdə buraya yenə gələndə azərbaycanlı qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını görmək bizi şad edəcək. Hazırda yollar sürətlə tikilir, infrastruktur bərpa olunur və bizlər də bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox binalar tikəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.