Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub - VİDEO - FOTO
İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlı musiqili kompozisiya təqdim edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.
Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, "Mirvari" rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, "Natiq" ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənib.
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan "Zəfər" adlı Qarabağ atı və "Xarıbülbül" kompozisiyası hədiyyə edilib. "Xarıbülbül" kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.
Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tramp Omanı hədələdi
-
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
-
Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı - (Video)
-
Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
-
Pezeşkianla Xameneinin görüntüləri yayıldı - (Video)
-
Tramp Şennon Brimə qəzəbləndi: “Verilişi yarıtmaz vəziyyətdədir”
XƏBƏR LENTİ
-
Tramp Omanı hədələdi
-
Manatını dəyişdirmək istəyənlərin nəzərinə
-
Rodri "Real"a yox, bu kluba transfer olundu: "Çempionlar Liqasını qazanmağa gedirik"
-
Hörmüz boğazında gəmiyə hücum olundu - Ölən var
-
Ülviyyə Namazova tələbə olan qızına 50 min manatlıq maşın hədiyyə etdi – (Video)
-
Su kanalından meyit tapıldı
-
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
-
Ədalət İsmayılov vəfat etdi - (Foto)
-
Bölgələrdə pensiyalar bu tarixdə veriləcək (ÖZƏL)
-
Qurbanov Zubirin gedişindən danışdı
-
Tovuz su kanalında 2 kişi meyiti tapıldı - (Foto)
-
Əməkdar artist: "Gəlin niyə mənə çay gətirməlidir?"
-
Kim Çen In Rusiya-Ukrayna müharibəsinin milyardlar qazanır
-
Xalq artisti özündən gözəl qızı ilə - (Fotolar)
-
Çin buna görə sürətlə inkişaf edib - (Video)
-
Ayrıldıqdan 8 ay sonra yeni sevgili tapdı - (Foto)
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Bıçağın ucunda əlavə edin bəsdir, mürəbbəniz şəkərlənməyəcək
-
Pul qapıları açılır: Bu 4 bürc maddi rahatlığa qovuşacaq
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək
-
Üç bürc üçün şanslı həftə
-
Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər





