Rövşən Rüstəmov nazir müavini təyin olundu
Rövşən Rüstəmov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, o, bu vəzifəyə Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə təyin olunub. O, bu vəzifədə çalışan Elmir Vəlizadəni əvəz edib. Belə ki, Prezidentin digər Sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar vəzifəsindən azad edilib.
Qeyd edək ki, R. Rüstəmov bu təyinata qədər "Azərkosmos" ASC-nin sədr müavini vəzifəsində çalışıb.
R.Rüstəmov 1980-ci ildə anadan olub.
1997-2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.
2001-2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
2004-2007-ci ildə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2012-ci ildə "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-2014-cü ildə "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində çalışıb.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirmişdir. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə "Azərkosmos" ASC-nin sədr müavini təyin edilib.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?





