Futbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizin növbəti bir uğurudur - Deputat
Azərbaycanda 2021 ci il Futbol üzrə Avropa çempionatının dörd oyununun keçirilməsi çox vacib məqamdır və bu, ilk nəvbədə beynəlxalq aləmdə ölkəmizin növbəti bir uğurudur.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir və bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün lazımi müasir infrastrukturu qurub-yarada bilib: "Əlbəttə, Azərbaycanda belə tədbirlərin keçirilməsi ölkəmizdə olan sabitlik, beynəlxalq aləmdə ölkəmizə olan inam və etimad nəticəsində mümkün olub. Baxmayaraq ki, dünyada koronavirus tüğyan edir, Azərbaycan bu sahədə də uğurlar əldə edib və post-pandemiya dövrünə qədəm qoymağa yaxınlaşıb. Digər tərəfdən, Vətən müharibəsindən bir neçə ay sonra Futbol üzrə Avropa çempionatı kimi böyük tədbirin Bakıda keçirilməsi ölkəmizin qüdrətinin və müharibədən sonra sürətlə toparlanma qabiliyyətinin göstəricisidir".
Deputat xatırladıb ki, Azərbaycan bundan öncə də bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Misal üçün, "Avroviziya 2012" mahnsı müsabiqəsini, 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarını, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını, Formula 1 yarışmasının və digər idman tədbirlərinin, həmçinin mədəniyyətlərarası dialoq forumlarının, humanitar forumların, Dünya dini liderlərinin Bakı sammiti və digər mötəbər beynəlxalq tədbirləri qeyd edə bilərik. Azərbaycanda keçirilən bu cür tədbirlərin sayı çoxalır və bu da əlbəttə ki, ölkəmizə olan böyük inam və etimaddan irəli gəlir".
C.Osmanov vurğulayıb ki, bu cür mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği və turizm potensialımızın dünyada tanıdılması baxımından da vacib əhəmiyyətə malikdir: "Bildiyimiz kimi, koronavirus pandemiyası dünya iqtisadiyyatına çox ciddi zərbə vurub, xüsusilə turizm sektoru ciddi ziyan görüb. Bu baxımdan, beynəlxalq tədbirlərin keçirilməsi həm Azərbaycan reallıqlarının, xalqımızın sülhsevər və qonaqpərvər olmasının dünyaya göstərilməsi, multikultural dəyərlərin və tolerant mühitin ölkəmizdə geniş inkişaf etdiyini bütün dünyaya çatdırılması, həm də ölkəmizə bundan sonrakı dövrdə daha çox turistlərin cəlb olunması baxımından olduqca əhəmiyyətlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)





