Siyasət

Prezident İlham Əliyev İsrailin yeni seçilmiş Prezidentini təbrik edib

3 İyun 2021 15:29
Baxış: 947

Prezident İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Hersoq,

İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost İsrail xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.