Bu ölkələrin keçmiş nazirləri Ermənistana qarşı komissiyaya qoşuldular
"44 günlük Vətən müharibəsi dövründə ermənilər hərbi cinayət, insanlığa qarşı cinayət törətdilər".
Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Sabiq səfir bildirib ki, bu komissiya vasistəsi ilə Azərbaycanın haqq və hüququnu tələb edəcəyik:
"Ermənilər II Qarabağ müharibəsi vaxtı Gəncəyə iki dəfə, Bərdəyə iki dəfə ballistik raketlər atdılar, Mingəçevirə atdıqlarında şans üzlərinə baxdı, partlamadı. Ermənilər bu adıçəkilən şəhərlərdə Azərbaycanın dinc əhalisinə hücum etdilər. Bu, müharibə cinayətidir, insanlığa qarşı cinayətdir. Yüzdən çox bacı, qardaşımız şəhid oldu. Körpələr gecəyarısı yatağında yatarkən bombalanaraq qətlə yetirildi. Eyni zamanda 30 illik işğal dövründə dini, mədəni, tarixi abidələr yox edildi. Bütün bunların araşdırılması lazımdır. Ermənistanın hərbi cinayətlərini araşdıracaq beynəlxalq komissiya bu məqsədlə yaradıldı.
Komissiyada 30-dan çox ölkədən nümayəndələr var. Mən çox xoşbəxtəm ki, bununla mənim üçün yenidən Azərbaycana xidmət qapısı açıldı. Bu komissiyada bir azərbaycanlı diplomat kimi fəaliyyət göstərəcəyəm. Çünki biz Azərbaycanın haqq və hüququnu, insan haqqlarını tələb edirik. Cinayət varsa, cəza da vardır. Cinayət törədiblər, onun da cəzasının müəyyənləşməsi lazımdır. Qarşıdakı günlərdə iş qrafikimiz bəlli olacaq. Komissiya yeni qurulub, amma artıq 116 üzvü var. Üzvlər arasında dünyanın müxtəlif ölkələrindən sabiq nazirlər, diplomatlar yer alıb. Məsələn, Tunisin, Qananın keçmiş baş nazirləri, TBMM-nin sədrinin keçmiş müavini Güldal Mumcu xanım da komissiyanın üzvüdürlər. Komissiyanın tərkibində keçmiş nazirlərlə yanaşı, akademiklər, rektorlar, prezidentlərin sözçüləri var. Azərbaycandan da bu komissiyada təqaüdə çıxan hakim Adil dostumuz, politoloq Elxan Şahinoğlu, Asif Məmmədov, mən varam, professor Toğrul ismayıl var".
Təhməz Əsədov
Milli.A
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı





