Ermənistanda dözümsüzlük və nifrət zəminində çağırışların sayı olduqca çoxdur - XİN başçısı
Ermənistanda dözümsüzlük və nifrət zəminində çıxışların və çağırışların sayı olduqca çoxdur. Barışığa çağırış edən hanısa insanları isə satqın hesab edirlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, uzun illər ərzində ermənilər yalan və saxtakarlıq üzərində təbliğat aparıblar və bu gün onların çox zəhərli və zərərli tendensiyası üzə çıxır: "Bu dözümsüzlük təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, bu, daha geniş vüsət alıb. Dünya çapında Ermənistan ən çox antisemitizim çağırışları edən ölkədir. Faşist Qaragen Nijdenin və terrorçuların heykəlini İrəvanın mərkəzində qoyanda bu fəlsəfənin acı nəticəsini hər kəs bilməli idi.
Erməni xalqı və cəmiyyəti öz siyasətçilərinin və ideoloqlarının saxta fikirlərindən nə qədər tez canlarını qurtarsalar, bir o qədər yaxşı olar.
Keçmişə, saxta miflərə və düşmənçiliyə yönəlmiş hərəkətlər etmək dünya tarixində hələ heç kimə xeyir gətirməyib. Ona görə də hesab edirik ki, gələcəyə baxmaq lazımdır, Azərbaycan bunun tərəfdarıdır. Erməni xalqı, cəmiyyəti bunu nə qədər tez başa düşsə, regional inkişaf, sülh və təhlükəsizlik üçün o qədər geniş imkanlar yaranacaq".
Nazir əlavə edib ki, ermənilər xaricdə bizim diasporumuza, dipolomatik nümayəndələrimizə qarşı hücumlar edirlər, təhqiramiz və radikal hərəkətlərə yol verirlər: "Belə aksiyalardan biri Los Ancelesdə keçirildi. Həmin aksiyada Los Ancelesin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla "edam" ediblər. Bu, cinayət əməlidir və bu cinayət əməlini törədənlər cəzalandırılmalıdır. Biz ermənilərin bu cür radikal və cinayət əməllərini qətiyyətlə pisləyirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi





