Siyasət

Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili

21 Aprel 2021 20:15
Baxış: 800

Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı Dunja Miyatoviç bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının 13-cü iclası zamanı deyib.

O, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından əvvəl və sonrakı vəziyyəti yaxından izlədiyini qeyd edib.

"Yalnız deyə bilərəm ki, faydalı olmaq üçün hər zaman komandamla birlikdə oraya - azad edilmiş Azərbaycan torpaqlarına - getməyə hazıram. Mənim ofisimin postmünaqişə rayonları ilə bağlı təcrübəsi var" - deyə, o əlavə edib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.