Siyasət

Ortaq Media Platforması nəyə xidmət edəcək?

16 Aprel 2021 15:49
Baxış: 225

Qardaş Türkiyə ilə Azərbaycan arasında Ortaq Media Platformasının yaradılması media tariximizdə inqilqabi hadisədir. Bu hadisə hər şeydən öncə iki qadaş xalqın milli maraqlarının qlobal media müstəvisində strateji baxımdan qorunmasına xidmət edəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, media yumşaq güc vasitəsidir, eyni zamanda informasiya cəmiyyətinin ən universal və effektiv alətlərindən biridir:

"Onu istənilən sahəyə tətbiq etməklə maksimum səmərə əldə etmək mümkündür. Çünki söhbət qlobal informasiya məkanında milli maraqların qorunmasından gedir və bu məkanda ən strateji məsələlər məhz informasiya vasitəsilə həll edilir. Ona görə də digər bütün sahələrdə olduğu kimi iki qardaş ölkənin media sahəsində də də strateji əməkdaşlığı milli və qlobal çağırışdır. Artıq bu sahdə olduqca mümhüm addımlar atılıb. Bu istiqamətdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə gördükləri böyük işlər bu mühüm vəzifənin icra edilmsi ilə bağlı konkret nətəcələrə gətirib çıxarıb".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" layihə Milli Məclisdə təsdiq edilib:

"Bundan dərhal sonra Türk Şurasına üzv olan digər dövlətlərin də iştirakı ilə belə bir ortaq qurumun yaradılması ilə bağlı məqsəd müəyyənləşdirilib və Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın media sahələrinə məsul şəxslərinin iştirakı ilə 9-10 aprel tarixlərində Bakıda toplantı keçirilib. Bu səmərəli və təşəbbüskar fəalyyətdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rolu böyükdür.

Biz ən yeni siyasi tariximizin çox mühüm bir səhifəsini yartdıq. 44 günlük müharibədə qardaş Türkiyənin verdiyi hərtərəfli dəstəklə torpaqlarımızı işğaldan azad etdik. Nəzərə almaq lazımdır ki, bu dəstəyin ən strateji istiqamətlərindən birini də informasiya müharibəsi platformasında olan dəsətək təşkil etdi. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Vətən müharibəsi prosesində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində xarici medianın diqqətini ölkəmizə cəlb etməklə səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm fəaliyyət həyata keçirdi.

Bütün bunlarla yanaşı Ortaq Media Platforması təkcə qlobal media məkanında bigə fəaliyyəti deyil həm də milli media məkanımızın qarşılıqlı inteqrasiyası baxımından olduqca əhəmiyyətli bir quruma çeviriləcək. Əslində milli media resurslarımız qlobal informasiya məkanında səmərəli fəaliyytimizi təyin edən baza rolunu oynayacaq".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.