Erməniləri qorxuya salan MESAJ - Azərbaycan inanılmazı edəcək - FOTO
Azərbaycan dövləti, Xalqı və Ordusu minimumla vəzifənin öhdəsindən gəldi. 44 günlük Vətən Müharibəsi nəticəsində 30 illik işğala son qoymaqla tarixi ədalət qismən bərpa edildi. Lakin deyildiyi kimi bu, qarşımıza qoyduğumuz minimal vəzifə idi. Qarşıda isə bizi dövlət, xalq olaraq daha çətin və məsuliyyətli bir dövr gözləyir.
Belə düşünməyə ötən gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı əsas verir. 4 ay əvvəli xatırlatmaq istəyirəm - 10 dekabr 2020-ci il, Ermənistanın kapitulyasiya aktı ilə (10 Noyabr 2020) Azərbaycanın qələbə qazandığı rəsmiləşən II Qarabağ müharibəsindən sonra Bakıda təşkil edilən Zəfər Paradı postmüharibə dövrünün aktiv fazaya keçildiyini bir neçə faktorlarla sübut etdi. Həmin paradda iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı bir ifadəsi xüsusi ilə diqqət çəkmişdi. Türkiyə Prezidenti "Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında inşəallah dastan yazmağa davam edəcəkdir" deməklə rəsmi Bakının hədəflərinin daha böyük olduğu mesajını vermişdi.

Günün reallığı hər şeyin plan üzrə getdiyini və Azərbaycanın addım-addım hədəfə yaxınlaşdığını əks etdirir. Azərbaycan dövlət başçısı dünən dünyanın beyin mərkəzlərinin, erməni siyasi elitasının, havadarlarının, ümumuiyyətlə dünyanın izlədiyi ADA Universitetindəki konfrans zamanı Zəngəzur və İrəvanla bağlı dedikləri 4 ay əvvəl Ərdoğanın paraddakı fikirlərinə aydınlıq gətirməklə yanaşı Azərbaycanın sona qədər haqqı olan ərazilərinə bundan sonra da qovuşmaq üçün geri addım atmayacağını təsdiq etdi. İstisna edilmir ki, iki gün öncə Bakıda açılışı olan Hərbi Qənimətlər Parkında erməni hərbiçilərinin boş qalan papaqlarına görə narahat olan "sülh quşları"nın Prezident İlham Əliyevin "Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq" çıxışından sonra canlarına birə düşüb. Lakin dövlət başçısının açıqlaması Azərbaycanın bu mövzudakı mövqeyinin qəti olduğunu və tarixi torpaqlara qayıtmaq üçün fürsət yarandığını göstərir. "Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin" deyərək Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Dövlət başçısı həmin tarixə kimi bu ərazilərin Azərbaycana məxsus olduğunu xüsusilə vurğulayıb.
Ali Baş Komandan açıqlaması ilə dünyaya Azərbaycanın bir qarış da olsun torpağını düşmənə pay verməyəcəyini və tarixi ədaləti gec-tez bərpa edəcəyi mesajını verdi. Azərbaycan Prezidenti Zəngəzurla bağlı fikirlərini Ermənistanın hazırkı paytaxtı olan İrəvan barədə də deyib: "İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm".
Azərbaycan Prezidenti regionda baş verən son hadisələrdən sonra rəsmi Bakının mövqeyini açıb ortaya qoydu. Görünür kartları açan rəsmi Bakı son "İsgındər-M" konflikti ilə bağlı Ermənistan və havadarlarının əlini-qolunu bağlayacaq dəlil-sübutlara sahibdir.

Dövlət başçısının dünən konfransda azərbaycanlıların öz tarixi dədə-baba yurdları olan Zəngəzur və İrəvana qayıdacağı ilə bağlı fikirlərinə "Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox" ifadələri ilə şərh verməsi isə regionda hərbi əməliyyatlarla bağlı istisnaları da tamamilə əssasız etdi. Və bu açıqlama bir daha dolayısı ilə təsdiq etdi ki, "İsgəndər-M" raketlərinin Şuşada tapılması Rusiyanın Qarabağ müharibəsində birbaşa iştirakını sübut edir ki, bu da rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini şübhə altında qoyur. Faktlar isə Kremlin ziyanınadır...
Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanılan 1783-cü ilə aid sənəd ermənilərin iddialarını tamamilə alt-üst edir. Belə ki, sənəddə Adribejan (Azərbaycan) xanlıqlarının siyahısı (reyestri) qeyd edilib. Belə ki, 1783-cü il avqustun 4-də Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə Geogiyevsk traktatı imzalanır. Rusiya Dövlət Hərbi Tarix Arxivində Gürcü çarının Rusiya himayəsinə qəbul olunması haqda məlumatın göndərilməli olduğu Azərbaycan xanlarının siyahısı qeyd edilib.

Ən maraqlısı isə budur ki, sənəddə "Persiya" yox, məhz Adribejan (Azərbaycan) sözü işlədilir. Sənəddə Qızılqumuq, Avar və bəzi hazırkı Dağıstan əraziləri və üstəlik Rəşt də Azərbaycan xanlığı kimi təqdim edilib. Hər mənada unikal tarixi faktdır. Bu da bəzi tarixçilərin, xüsusilə ermənilərin guya Azərbaycan 1918-ci ilə qədər mövcud olmayıb və yaxud bu coğrafi ad guya Təbriz və onun ətrafına aid edilməlidir faktını bir daha inkar edir.
İstənilən halda Azərbaycan keçmişi, tarixi gerçəkliyi bərpa etmək yolunda yeni mərhələnin astanasındadır. Belə bir dönəmdə isə daha güclü və daha böyük Azərbaycan olmaq naminə 44 günlük Vətən Müharibəsi zamanı olduğu kimi xalq öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşməklə beləcə daha Böyük Qələbəni bir az da yaxınlaşdıra bilərik.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
XƏBƏR LENTİ
-
Covanni van Bronkhorstun yeni klubu bəlli oldu
-
Məktəbli forması geyinmək məcburi olur? - Yeni qanun layihəsi
-
Məhkəmə Əli Kərimlinin həbs müddətini daha 5 ay uzatdı
-
Afaq Aslanın səhhətində problem yarandı - Təcili xəstəxanaya yerləşdirildi - VİDEO
-
Şura sədrinə iki müavin veriləcək - Yeni qərardan detallar
-
Azərbaycan millisinin futbolçusu "Vanspor"a transfer olundu
-
Reyestrə düşmək üçün ödəniş ləğv edilir: Jurnalistlərə şad xəbər
-
Azərbaycanda orta aylıq pensiya 594 manata çatdı
-
Bu gün 'Sabah'ın Çempionlar Liqasındakı ilk rəqibi bəlli olur
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI
-
Elnur Valehin qızından atası ilə bağlı təsirli paylaşım - VİDEO
-
Qarabağda son bir həftədə nə qədər mina təmizlənib?
-
Qəfil vəfat edən aktrisa Ece İrtemin anası ilə son görüntüləri - VİDEO
-
UFC Fight Night Baku turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gözlənir
-
Şəmkirdə körpə xəstəxanaya aparılarkən yolda öldü
-
Azərbaycanda qarpız ucuzlaşdı: Bazarlarda son qiymətlər
-
Su hövzələrində qanunsuz balıq tutanlar yaxalandı - Sentyabradək qadağandır
-
Azərbaycanın bir sıra bölgələrində yağışlı hava davam edir
-
Kristian Bujeau vəfat etdi - FOTO
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün müəyyənləşəcək
-
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir
-
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir





