Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışdı
12 aprel 2021-ci il tarixində xarici İşlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər ölkələr arasında ikitərəfli əməkdaşlıq gündəliyinin məsələləri üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə humanitar sahədə əməkdaşlıq və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd əsasında Maldiv Respublikasından olan tələbələr üçün təhsil almaq imkanının yaradılması nazir Abdulla Şahid tərəfindən məmnunluqla vurğulanıb. Nazir Ceyhun Bayramov dost ölkələrin vətəndaşlarının Azərbaycanda elm və təhsil sahəsində fəaliyyətlərini həyata keçirmələri üçün hər zaman müvafiq şəraiti təmin etməyə hazır olduğumuzu qeyd edib.
Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və ixtisaslaşmış təsisatları çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, yaranan yeni reallıqlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı





