"Azərbaycan ilə Rusiya arasında münasibətlərin korlanmasına çalışırlar"
"Hesab edirəm ki, "İsgəndər" raketlərinin Azərbaycan ərazisinə atılması ilə bağlı məsələyə olduqca peşəkar, obyektiv, proqmativ yanaşmaq tələb olunur".
Bunu Milli.Az-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, Putinlə İlham Əliyev arasında son illər ərzində formalaşan dialoq demək olar ki, Azərbaycan və Rusiya ilə yanaşı bütövlükdə bölgəmizin inkişafına xidmət edir:
"Azərbaycanla Rusiya arasında qarşılıqlı konstruktiv əlaqələrin qurulması unutmayaq ki, həm ölkəmiz üçün, həm bölgəmiz üçün nə dərəcədə vacib olduğu son aylarda açıq şəkildə göründü. Hesab edirəm ki, bur raketlərin atılması ilə bağlı olan məsələlərdə xarici qüvvələrin birtərəfdən Ermənistanın müəyyən dairələrinin, digər tərəfdən isə bölgədən uzaq ölkələrin rolu var. Kənardan Azərbaycanla Rusiya arasında münasibətlərin korlanmasına çox ciddi səylər göstərilir. Çünki açıq şəkildə görünən odur ki, Vladimir Putinlə İlham Əliyev arasında son illər ərzində formalaşan dialoq demək olar ki, həm Azərbaycanın, həm Rusiyanın, həm də bütövlükdə bölgəmizin inkişafına xidmət edir və bu dialoqun pozulmasına istiqamətlənmiş bir çox səylər görünür və təəssüf ki, Azərbaycanın daxilində də bir sıra bu istiqamətdə fəaliyyət göstərir. Fakt ondan ibarətdir ki, bu fəaliyyət nə Azərbaycanın milli maraqlarına cavab verir, nə də ki bölgədə yaranan yeni reallıqlara. Bu, olduqca önəmlidir. Çünki biz faktiki olaraq iki ölkə arasında münasibətlərin sağlam şəkildə qurulmasından olduqca böyük dividentlər götürə bilərik. Düşünürəm ki, bunu untumamalıyıq. Hansısa spekulyativ yanaşmalar, hansısa populist çıxışlara yol verilməməlidir. Problem var, onun həllini peşəkarlar obyektivliklə, soyuqqanlılıqla reallaşdırmalıdır.
Azərbaycan Prezidenti bölgəmizdə və dünyada baş verən proseslərə olduqca dəqiq rəylər və reaksiyalar verir. Hansısa siyasi qruplaşmaların, ölkə qarşısında heç bir ciddi xidmətləri olmayan insanların çıxıb ölkə rəhbərinə tövsiyyələrin, hansı bir təxribatyönlü məsləhətlərin, təkliflərin verilməsi ilə bölgədə Azərbaycanın xeyrinə formalaşan trendlərə xələl gətirmək yolverilməzdir. Azərbaycanın aidiyyatı qurumları var. Onların fəaliyyəti milli maraqlarımızın qorunmasına istiqamətlənib. Həm bu məsələdə, həm digər məsələlərdə inanıram ki, aidiyyatı qurumlar peşəkar rəylərini verəcəklər. Rusiya ilə Azərbaycanın münasibətləri ölkəmiz üçün şübhəsiz prearitetdədir. Rusiya ilə Azərbaycanın tarix boyu münasibətlərinin normal olduğu dövürdə Azərbaycan olduqca müsbət trendlərə nail olub, həm siyasi müstəvidə, həm iqtisadi, həm hərbi müstəvidə olduqca ciddi nailiyyətlərə imza atıb.
Unutmaq olmaz ki, Rusiya bögəmizin və dünyanın açar düövlətlərindən biridir. Rusiya ilə münasibətlərin qorunması və inkişaf etdirilməsi bölgəmiz üçün sözsüz ki, prearitetdədir. Bunu biz ölkə Prezidentinin siyasətində açıq şəkildə görürük. Durub hansısa təxribatçı qüvvələrin, o cümlədən istisna deyil ki, Rusiyanın daxilində Azərbaycanla Rusiyanın münasibətlərini pozmağa istiqamətlənmiş qüvvələrin, Ermənistanda bu istiqamətdə çalışan qüvvələrin, Qərbdəki buna çalışan mərkəzlərin faktiki olaraq missiyasına dəstək verməli deyilik, biz milli maraqlarımızdan çıxış etməliyik. Problem var, bu problem həm Rusiya, həm Azərbaycanın aidiyyatı qurumları tərəfindən təhlil edilməlidir, tədqiqatlar aparılmalıdır. Amma heç bir əsasa söykənməyən populist çıxışlar, bəyanatlar yolverilməzdir və bunların qarşısı alınmalıdır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi





