Prezident İlham Əliyev: 10 yeni su anbarının tikintisi nəzərdə tutulur
10 yeni su anbarının tikintisi nəzərdə tutulur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin. Çünki hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək. Bu sahənin inkişafı dövlətin özəl sektora göstərdiyi növbəti qayğının təzahürüdür. Çünki dövlət bütün xərcləri öz üzərinə götürür ki, fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi qalxsın. Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Ancaq əgər biz inkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil - suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Mərkəzi Asiyada yeni geosiyasi reallığın memarlığı
-
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir - Kamaləddin Qafarov
-
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
-
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
XƏBƏR LENTİ
-
Oğlunun şəhid olduğu gün vəfat etdi
-
Sloveniya Prezidenti yol qəzasına düşdü - Xəstəxanaya yerləşdirildi
-
İkram Kərimov vəfat etdi
-
DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək
-
Yaponiyada dağıdıcı zəlzələnin qurbanlarının sayı artır
-
Fransada meşə yanğınları nəzarətə götürüldü
-
5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
-
Bu bürclər ehtiyatlı olmalıdır
-
80-ci illərin əfsanəvi ətirləri yenidən dəbdədir - 4 klassik qoxu
-
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
-
Pendiri daha uzun saxlamaq üçün sadə üsul
-
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi





