Ermənistan dünyanı da partlada bilər?
Heç kimə sirr deyil ki, regiondakı və bölgədəki təhlükəsizliyin əsas qarantı Rusiyadır. Ermənistan müttəfiqinin bu statusuna hörmətlə yanaşmağa borcludur. Cənubi Qafqazda iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin 10 Noyabr (2020) və 11 Yanvar (2021) tarxili bəyanatlarına əsasən aparılan işlərin gedişini ləngitmək məqsədilə erməni tərəfinin müxtəlif təxribatyönlü gedişlərindən görünür ki, absurd ideyalar məskəninə çevrilən düşmən uzun müddət əsas müttəfiqi üçün də baş ağrısı olaraq qalacaq.
Aleksey Averçukdan zorla "Qarabağ əhalisinin humanitar qayğıları", Mariya Zaxarovadan "İşğaldan azad edilən ərazilərdə erməni dəyərləri", Sergey Lavrovdan isə "hərbi əsirlərə münasibət" məsələləri ilə bağlı Bakı əleyhinə ittiham qoparmağa çalışan düşmən öz etirazını Rusiya bayrağını tərsinə qoymaqla bildirdi. Sonra da "anlaşılmazlıq olub, burada siyasi motib axtarmayın" tipli primitiv əsas gətirməklə əslində sonrakı mərhələdə necə davranacağına işarə vurur. Hərçənd ki, Nikol Paşinyanın "İsgəndərnamə"sindən sonra hərbi qiyamdan aldıqları dərs sonrası həm baş nazir həm də preizdent Armen Sarkisyan Rusiyanı növbəti qıcıqlandırmanın daha betər fəsadları ilə qarşı-qarşıya qalacaqlarını anladıqları üçün indi daha ehtiyyatlı davranmağa çalışırlar. Bunu yaxşı bilən Qarabağ klanı və erməni lobbisinin fəalları rus sülhməramlılarının nəzarətində olan Qarabağın erməni əhalisinin yaşadığı ərazilərdə təxribatlar törədərək Azərbaycanla rəsmi Moskvarnı üz-üzə qoymaq cəhdlərindən əl çəkmirlər. Azərbaycan düşmənin təxribatlarına səbr, təmkin göstərərək vəziyyəti qırmızı xəttə qədər nəzarət altında saxlamaq yolunu seçib.
Rusiya isə müharibənin gedişində olduğu kimi postmüharibə mərhələsində də iki ölkənin (Azərbaycan - Ermənistan) diplomatik korpuslarını bir masa ətrafına yığmaq üçün addımlar atır. Sirr deyil ki, rəsmi Moskva bunları ona görə etmir ki, bölgədə davamlı sülh olsun və ya Azərbaycanın ərazi bütövlüyü tam təmin edilsin. Şimal qonşumuzun maraqları fərqlidir. Rusiya əsas istəyinə nail oldu. Kreml tərəflərin 10 Noyabr bəyanatına imza atmasına nail olmaqla Ermənistan hakimiyyətinə və əhalisinə anlatdı ki, Rusiya olmasaydı Azərbaycan Ermənistanı məhv edəcəkdi. Və hardasa bunu inandırmağı bacardı.
Düşmən son günlər Şuşa ətrafında növbəti məkirli ssenarini gündəmə daşımağa çalışır. Martın 15-də Şuşa şəhərində və onun ətrafında həyata keçirilən minadantəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik "İsgəndər M" raket kompleksinin raketinin qalıqlarının tapılması bölgədə sülhməramlı missiya həyata keçirən Rusiyanın fəaliyyətini şübhə altına almağa başlayır. Ermənistana "İsgəndər M" raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan "İsgəndər E" (Müqayisədə "İsgəndər M" raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir) raket kompleksi verdiyini bildirən Rusiyanın bu fakt qarşısında çaşqınlıq içərisində qaldığı məlumdur.
Belə bir vəziyyətdə Rusiya rəsmi Bakını sülhməramlı niyyətinə inandırmalı, bunun yolları barədə baş sındırmalıdır. Müharibə cinayəti olaraq beynəlxalq konvensiyaların kobud şəkildə pozulması halı hesab edilən "İsəgəndər" kütləvi qırğın silahından II Qarabağ müharibəsində istifadə həm Ermənistan üçün, həm də həmin silahla onları təchiz edən dövlət üçün cinayət əməlidir. Ermənistanın "İsgəndər" və digər qorxunc silahları dinc əhali üzərində sınaqdan çıxardığı artıq heç kimə sirr deyil. Rusiyanın bölgədəki münasibətlərə bu günün konteksindən yanaşması olduqca vacibdir.
Bəs, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edən, dünyada haqq və ədalətin, beynəlxalq hüquqa hörmətin carçısı sayılan təşkilatlar, konkret olaraq hansısa kilsəni dağıtmaqda qınayan YUNESKO, yaxud həftə səkkiz, mən doqquz demokratiya və insan hüquqlarından dəm vuran Avropa Şurası, ya da Şuşada bir kisləsinin dam örtüyündə açılmış balaca bir dəliyi böyük bir hadisə kimi şişirdən və bunu bizim ayağımıza yazmağa çalışan Avropa mediası bu faktlar qarşısında niyə laldır?
Bəlkə Ermənistan dünyanı da partlada bilər?
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)





