Siyasət

Ermənilər Qarabağdan qaçır

5 Mart 2021 12:28
Baxış: 4 685

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı (UNHCR) son hesabatında Dağlıq Qarabağa qayıtmış və qaytarılmış erməni köçkünlərlə bağlı statistikanı açıqlayıb.

Əsas mənbə olaraq Rusiya Müdafiə Nazirliyinin, Xankəndidəki separatçı rejimin və UNHCR-in özünün rəqəmlərindən istifadə olunub.

Hesabatdan bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin Xankəndinə qayıtmış və qaytarılmış ermənilərlə bağlı bəyan etdiyi statistik rəqəmlər ən azı 2 dəfə şişirdilib. Belə ki, sözügedən nazirlik Qarabağa təqribən 50 min erməninin qayıtdığını bəyan etsə də, UNHCR-in hesablamalarına görə, bu ermənilərin sayı 20 mindən artıq deyil.

Üstəlik, ötən ilin dekabr ayının ortalarından etibarən erməni qaçqınları daşıyan və İrəvan-Xankəndi marşrutu ilə hərəkət edən avtobusların sayı həddən ziyadə azalıb.

Ekspertlər hesab edirlər ki, Qarabağda daimi yaşamaq istəməyən və imkan düşən kimi, Ermənistana, yaxud Rusiyaya yollanmaq istəyənlər qarabağlı ermənilərin sayı sürətlə artır.

Qarabağa qayıdan ermənilərin təxminən 40 faizi isə sadəcə, evlərini və daşınan əmlaklarını sataraq geriyə, Ermənistana qayıtmaq üçün Xankəndinə yollanıblar.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.