İraq qəzeti Prezident İlham Əliyevin mətbuat konfransı ilə bağlı məqalə dərc edib
İraqın rəsmi mətbu orqanı olan "əs-Sabah" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəzetin müxbiri işğaldan azad olunmuş torpaqlarımıza, o cümlədən Ağdam şəhərinə səfəri zamanı gördüyü dağıntıların həcmindən dəhşətə gəldiyini qeyd edir.
Məqalədə müxbir Azərbaycan Prezidentinin fevralın 26-da keçirdiyi mətbuat konfransında iştirak etdiyini bildirib və bu barədə təəssüratlarını çatdırıb. Qəzet Prezident İlham Əliyevin iraqlı jurnalistin sualına cavabından fikirləri təqdim edib.
Prezident İlham Əliyev təkcə Ağdam məscidinin deyil, vaxtilə işğal altında qalan digər ərazilərimizdəki bütün məscidlərin, dini, tarixi və mədəniyyət abidələrimizin dağıntılara, təhqiramiz hallara məruz qaldığını bildirib: "Doğrudan da, Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. Ermənistanın keçmiş prezidenti Köçəryanın dağılmış və üzərində təhqiramiz ifadələr olan həmin Ağdam məscidinin önündə fotoşəkilləri var. Onlar bu cinayəti törədiblər və mən dəfələrlə müxtəlif tədbirlərdə, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşlərində və digər beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər".
Dövlət başçısı mətbuat konfransında iştirak edən media nümayəndələrinin nəzərinə çatdırıb ki, Azərbaycan dövləti azad olunmuş torpaqları, oradakı tarixi, dini, mədəniyyət abidələrini, eləcə də bütün məscidləri bərpa edəcək. "İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxınlarda sizin də qeyd etdiyiniz kimi, ICESCO-nun nümayəndə heyəti Azərbaycanda idi. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra ICESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürüldü ki, ICESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər" , - deyə Prezident iraqlı jurnalistin sualına cavabında bildirib.
Xatırladaq ki, mətbuat konfransında Azərbaycan Prezidenti dünyanın 35 media qurumunun nümayəndələrinin 50-dək sualını cavablandırdı, İkinci Qarabağ müharibəsinin başlanma səbəblərini, Rusiya sülhməramlılarının, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini və digər məsələləri geniş şərh edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur





