Ermənistanı partladacaq MİNA - Düşmən başına iş açır
Vətən savaşında böyük Zəfər qazanan Azərbaycan qısa zamanda dünyanın diqqət mərkəzinə çevrildi. 44 günlük müharibədən o qədər də uzun bir müddət keçməsinə baxmayaraq bu günə kimi işğaldan azad edilən ərazilərin bərpası üçün investisiya layihələri ilə bağlı 400-dən artıq müraciətin daxil olması Azərbaycanın planlarını vaxtında icra etmək baxımından olduqca yüksək rəqəmlərdir. Lakin 10 noyabrda imzalanan üçtərəfli Bəyanatda faktiki olaraq Ermənistanın məğlubiyyətinin təsdiqi kimi qəbul edilən müddəalardan birinin icrası rəsmi İrəvan tərəfindən 4 aya yaxındır ki, gecikdirilir.
Dağlıq Qarabağ münaqişəsi bitsə də ermənilərin Azərbaycan xalqına qarşı cinayətləri davam etməkdədir. Hələ də minalanmış sahələrin xəritələrinin və sxemlərinin Azərbaycana verilməməsi Ermənistanın qonşuluq şəraitində gələcək fəaliyyətlərə hazır olmadığını aşkar nümayiş etdirir. Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti cinayət törədir. Ermənistan silahlı qüvvələri son 27 ildə yüz kilimetrlərlə uzanan cəbhə xəttində taktiki cəhətdən sıx və eşalonlu müdafiə yaratmaq, əsas zirehli qüvvələrini Azərbaycanın hücumu ehtimal olunan istiqamətlərdə cəmləşdirilməsinə üstünlük verdiyi üçün müdafiə zolağının "açıq" qalan ərazilərini minalarla bağlayıb. Düşmənin hərbi təyinatı olmayan əraziləri də minaladığı heç kəsə sirr deyil. Bu gün rəsmi İrəvan düşmən tapdağından azad edilən sözügedən ərazilərdə infrastruktur, nəqliyyat və təchizat, eləcə də kommunikasiya xətlərini bərpa etmək istəyən Azərbaycanın səbr kasasını daşırmaqda davam edir. Minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəməyən Ermənistanın bu addımı Azərbaycanın minatəmizləmə proseslərinin daha ləng getməsi ilə yanaşı başqa təxribatyönlü planları da özündə birləşdirir.

Minalanmış ərazilərin xəritəsini verməkdən imtina edən Ermənistanın əsas səbəb kimi bu xəritələrin olmadığını göstərməsinin növbəti uydurma olduğunu yaxşı anlayan İtaliya dövləti də bu məsələdə konkret mövqe nümayiş etdirib. Müharibə bitdikdən sonra, xüsusilə də son vaxtlar azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi hallarının artmasına narahatlığını ifadə edən İtaliya Parlamenti qəbul etdiyi bəyanatla Ermənistanı konstruktiv addım atmağa çağırıb. Martın 2-də İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş "Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə"də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməklə, əslində, minalanmış ərazilərin xəritələrinin rəsmi Bakıya verilməsini istəyib.

Lakin Ermənistan baş nazirinin "İsgəndər" raketi ilə bağlı məlum çıxışından sonra müharibənin girdabından ayılmamış ikinci bir xaosu yaşayan düşmən cəbhəsində sular daha da bulanır. Bu hadisədən dərhal sonra Ermənistan Ordusunun Baş Qərargah rəisinin Paşinyanı istefaya səsləməsi və buna qısa zamanda ölkənin ən nüfuzlu generallarının da qoşulması xəritə olayını bir az da müşkülə salmış oldu. Rusiyanın Ermənistan ordusundakı "adamı" kimi tanınan Qasparyan Kremlin son rıçaqı kimi əllərində olan xəritəni hökümətə təhvil verməməklə Paşinyanı təzyiqlə üz-üzə qoyduğunu düşünmək olar. Bu yolla bir növ əlində "Qarabağ klanı"nın arzularını gerçəkləşdirmək imkanını saxlamış olan Ermənistanın ordusunun rəhbərliyi, xəritə oyunu ilə bu yolla təzyiq göstərib həm Paşinyana postunu müxalifətə təhvil verməsi üçün istifadə edə bilər, həm də revanş iddiasında olan Sarkisyan, Köçəryan cütlüyünün və onların "müxalifətin lideri" adlandırdıqları marionetkaları Vazgen Manukyanın istəyi ilə 10 Noyabr Bəyanatının icra edilməməsi üçün süni maneə yarada bilər.
Lakin bu hadisələr fonunda rəsmi Bakı səbr, təmkin nümayiş etdirir. Necə ki, 27 sentyabrda 44 günlük müharibənin başladığı dəqiqəyə kimi etdi. Minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırmaqla həm də işğaldan azad olunan ərazilərdə bərpa işlərini, insanların öz yurdlarına qayıtmasını ləngitməyə çalışan Ermənistan anlamalıdır ki, bu addımı ilə regionda davamlı sülhün əldə olunmasına, əməkdaşlıq mühitinin yaranmasına mane olur.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian





