Siyasət

"Ermənistan Bakını da raketlə vurmaq istəyib"

25 Fevral 2021 12:24
Baxış: 2 252

Ermənistandan Azərbaycan ərazisinə nə qədər raket atması barədə dəqiq məlumatlarımız yoxdur. Fikrimcə, ermənilər onlarla raket buraxılışı ediblər.

Rusiyalı hərbi ekspert Aleksandr Mixaylovski "Moskovski Komsomolets"ə verdiyi müsahibəsində belə deyib. Onun sözlərinə görə, Ermənistanın buraxdığı raketlərin İrəvanın qarşısına qoyduğu planlara uyğun olmaması və ermənilərin uğursuz raket atışlarının başlıca səbəbi Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) peşəkarlıq səviyyəsinin yüksək olmasıdır.

"Ermənistanın Azərbaycana raket atışları ilə bağlı ən kədərli fakt Gəncə şəhərinə "Elbrus" raketinin atılmasıdır. Ermənistandan buraxılan raketlərin tam əksəriyyəti havada vurulub. Təbii ki, bu, Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin xidmətidir", - A.Mixaylovski söləyib.

Onun sözlərinə görə, ötən ilin noyabrın 10-da Ermənistandan atılan bir və ya bir neçə raket Bakı həndəvərində vurulub: "Ermənilərin nə qədər raket buraxmalarından asılı olmayaraq Azərbaycan paytaxtına bir raket də düşmədi. Bu, prinsipial məqamdır".

A.Mixaylovskinin sözlərinə görə, Azərbaycanın HHMQ-də Rusiya istehsalı olan  və Belarusda istehsal edilən S-125-2TM "Peçora-2TM" zenit-raket sistemləri var.

"Azərbaycanrlı zabitlər bizdə də təhsil alıblar. Onlar ikitərəfli və beynəlxalq təlimlərdə bizim zenitçilərlə iştirak edirlər. Əla səviyyə göstərdilər", - A.Mizaylovski deyib.

Orxan Hun
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.