Paşinyanın "İsgəndər"naməsi - Rusiyaya AĞIR ZƏRBƏ
Xaos girdabında boğulan Ermənistan "cəhənnəmə gedən özünə yoldaş axtarar" prinsipi ilə dənizdə batan saman çöpündən yapışdığı kimi həm özünü batırmaqda davam edir, həm də müttəfiqlərini. 44 günlük müharibənin acı nəticəsini heç cür üzərindən atmağı bacarmayan istər Ermənistan hərbi-siyasi dairəsi, istərsə də müxalif qüvvələr qaş düzəltmək istədikləri yerdə göz çıxarmağa davam edirlər. Müxalifət üsyan, qiyam və ya çevriliş yolu ilə hakimiyyəti dərhal ələ almağa hazırlaşmağa çalışdığı bir məqamda reallıqdan xeyli uzaq çağırışları, bəyanatları ilə diqqət çəkdiyi kimi eyni addımı bu dəfə Nikol Paşinyan atdı.

Belə ki, Ermənistanın baş naziri vəzifəsinə namizəd Vazqen Manukyan İrəvanın Azadlıq meydanındakı çıxışında açıq şəkildə Rusiyanı ittiham edib, Kremlin Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirdisə, Paşinyan da II Qarabağ Müharibəsi vaxtı Rusiyaya məxsus "İsgəndər" raketlərindən Azərbaycana zərbə endirməyə cəhd etsələr də partlamadığını deyib. Paşinyan vurğulayıb ki, Rusiya istehsalı olan bu raketlər istifadəyə tam yararlı deyillər, həmişə partlamırlar: "Məni tənqid etməyə çalışanlar qoy özlərindən soruşsunlar ki, "İsgəndər" niyə partlamadı? Və ya niyə 10 faiz partladı?"

Şübhəsiz ki, bu savaşın Rusiya müdafiə sənayesinin nüfuzuna vurduğu ziyanın həcmi ağlasığmayacaq qədər böyükdür. Nikol Paşinyan Rusiyadan alınan "İsgəndər" raketlərinin keyfiyyətsiz olduğunu və müharibə zamanı partlamadığını deyərkən, keçmiş prezident Serj Sərkisyanı hədəf alsa da, bu sözlərin hansı reaksiyalara səbəb olacağını düşünməyib. Rusiyadan da Paşinyanın sözləri əleyhinə açıqlamaların sayı-hesabı yoxdur. Özü də Moskvadan səslənən açıqlamalar Paşinyanı təhqir formasında yayılır, onu kütbeyin, naşı adlandırırlar. Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin bildirib ki, Paşinyan "İsgəndər" paket kompleksi ilə bağlı dediklərinə görə açıq şəkildə üzr istəməlidir. O deyib ki, Paşinyan Rusiyanın silahlarını tənqid edərək Qafqazdakı münaqişənin nəticələrində özünün günahsız olduğunu göstərmək istəyir.

Əslində, bu reaksiya da başa düşüləndir. Paşinyan bir açıqlamasıyla Rusiya hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, bunun əks-sədası hələ uzun müddət səngiməyəcək. Rusiyadan hərbi texnika almaq istəyən istənilən ölkə hər dəfə Paşinyanın "İsgəndər"naməsini xatırlamaq məcburiyyətində qalacaq.
Paşinyanın bu açıqlaması, əslində, müharibə dövründə bütün rəzilliklərə imza atan Ermənistanın hərbi cinayətlərinin etirafıdır. Vətən müharibəsi zamanı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni, dinc əhalinin yaşadığı heç bir hərbi əhəmiyyəti olmayan digər kənar yaşayış məntəqələrini hədəf seçən Ermənistan siyasi rəhbərliyi hələ Birinci Qarabağ müharibəsində vəhşi, terrorist xislətlərini Xocalı faciəsinin timsalında nümayiş etdirmişdilər. Aradan 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq erməni mediamaqnat Qabrelyanovun bütün paxırları açaraq "İsgəndər"dən düz 3 dəfə istifadəyə cəhd olduğu barədə etdiyi sensassion etiraflar Ermənistan hərbi-siyasi rəhbərinin "demokrat" Paşinyan, yaxud "Qarabağ klanı"nın üzvləri Koçaryan və Sarkisyanın olmağının heç bir önəmi olmadığını sübut edir.
Koordinasiyasızlıq Paşinyan komandasında da, müxalifətdə də açıq-aşkar hiss edilir, hamı məsuliyyəti öz üzərindən atmağa çalışır. Ermənistanın daha dərin fiaskosu və rəzaləti isə hələ qarşıdadır.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü





