ABŞ-dakı Azərbaycan diasporu ermənipərəst konqresmenə çağırış etdi
Türkiyənin "Daily sabah" və Rusiyanın "Vestnik Kavkaza" xəbər saytları ABŞ-dakı Azərbaycan diasporunun ermənipərəst konqresmeni ədalətli mövqe tutmağa çağırması haqqında məqalə yayımlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məqalələrdə qeyd edilib ki, Florida Azərbaycan-Amerika İcması ermənipərəst mövqeyi ilə tanınan respublikaçı konqresmen Qus Maykl Bilirakisə məktub ünvanlayaraq onun diqqətini bu yaxınlarda azad edilmiş Dağlıq Qarabağda ermənilərin törətdikləri cinayətkar və insan hüquqlarına zidd əməllərə cəlb edib. Soydaşlarımız konqresmeni daha dürüst mövqe tutmağa, sülhün əldə olunmasına təsir göstərməyə və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində çalışmağa çağırıblar.
Müraciətdə 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğal altında saxlanıldığı, Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizlənmənin aparıldığı, Xocalı şəhərində mülki azərbaycanlılara qarşı hərbi cinayət və soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib.
Ermənistanın dəfələrlə Azərbaycan torpaqlarında hərbi təxribatlara əl atdığı, 44 günlük müharibəyə səbəb olduğu, döyüş meydanından uzaq olan Azərbaycan şəhərlərindəki yaşayış məntəqələrinə kasset və raket bombaları atması nəticəsində 104 dinc sakinin həlak olduğu və 416 nəfərin yaralandığı, işğaldan azad edilmiş Azərbaycan rayonlarının ermənilər tərəfindən xarabalığa çevrildiyi barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin reportajlar yayımladığı, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanın mülki əhaliyə qarşı hücumlarını sərt şəkildə pislədiyi nəzərə çatdırılıb.
"Ümidvarıq ki, müharibənin ziyan vurduğu bölgədə etnik nifrət, haqsızlıq və işğal sona çatacaq və siz mövqeyinizdən yararlanaraq ABŞ konqresmeni və erməni məsələləri üzrə konqres qrupunun həmsədri kimi bölgədə sabitliyin inkişafı üçün sülhün təşviq olunmasına çalışacaqsınız", - deyə soydaşlarımız vurğulayıblar.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN mina təhlükəsi ilə bağlı cağırış edib
-
"Toxumçuluq haqqında" qanun təsdiqləndi
-
Fransanın ikiüzlülüyü utandırıcıdır - Arakçı
-
Prezident İlham Əliyev Almaniyanın yeni səfirini qəbul etdi - (Foto-Video)
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub (Foto)
XƏBƏR LENTİ
-
Polşada sərxoş halda avtobus sürən azərbaycanlı tutuldu - (Foto)
-
"Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
-
Kəlbəcərdə mina partlayışında yaralanan şəxsin topuq nahiyəsi amputasiya edildi - (Foto)
-
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol - (Video)
-
Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq
-
Yıldız Tilbe özündən çıxdı, mühafizəçiyə əsəbiləşdi - (Video)
-
Qahirədə güclü partlayış - Ölənlər və yaralananlar var
-
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
-
O da "Fənərbağça"dan ayrıldı: Yeni klubu bəlli oldu
-
Yanğın törədən 5 nəfər tutuldu
-
Jurnalist ömrünün unudulmaz anları - Yol. Tale. İmza
-
“Instagram”da 10 il sonra dəyişiklik - (Foto)
-
Bu gün dənizə gedənlərin diqqətinə!
-
Aeroport yolunda “Opel”lə avtobus toqquşdu - (Foto)
-
Xuraman Şuşalının hovuz görüntüsü müzakirə yaratdı - (Video)
-
Azərbaycan avro bahalaşdı - Rəsmi
-
Məşhur şadlıq sarayı hərraca çıxarıldı
-
Aİ ucuz qaza hazırlaşırdı, İranla müharibə bütün hesabları alt-üst etdi
-
"Qalatasaray"da gözlənilməz ayrılıq
-
Yasamalda bəzi ərazilərdə işıq olamayacaq
-
Zaqatalada yeniyetmənin idarə etdiyi maşın aşdı: Yaralılar var
-
33 yaşlı boksçu vəfat etdi
-
Cavid Gülün qızı xəstəxanalıq oldu: "Heç vaxt belə ağır xəstələnməyib" - (Foto)
-
Xankəndi şəhərinə növbəti köç yola salınıb





