Xocalıda 613 nəfər deyil, ən azı 2613 nəfər qətlə yetirilib- Yunus Oğuzdan ŞOK açıqlama
Xocalı soyqırımının 29-cu ildönümünü qeyd etdiyimiz günlərdə sözügedən faciə zamanı erməni vandalları tərəfindən qətlə yetirilən azərbaycanlıların sayının rəsmi rəqəmlərdən daha çox olduğu barədə fikirlər səslənir. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz da "OLAYLAR"-a verdiyi açıqlamada belə bir faktla rastlaşdığını deyib. O, bildirib ki, hazırda Livanda məskunlaşmış erməni yazıçı-jurnalist David Xerdiyanın "Xaç uğrunda" kitabında Xocalıda qətlə yetirilən azərbaycanlıların 613 nəfər deyil, 2613 olduğu bildirilir: "Devid Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri vəhşilikləri fəxrlə xatırlayır. Onun "Xaç uğrunda" kitabının 19 və 76-cı səhifələrində qeyd edilir ki, martın 2-də "Qaflan" erməni qrupu meyitləri yandırmaqla məşğul idi. "2000-nə yaxın türkün cəsədini toplayıb ayrı-ayrı hissələrdə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Yunus Oğuz deyib ki, Xocalıda qətliamı həyata keçirən ermənilər qətlə yetirdikləri azərbaycanlıların sayını 2613 nəfər göstərdiyi halda, hələ də rəsmi rəqəmlərdə Xocalı soyqırımında 613 nəfərin həlak olması barədə məlumatların əksini tapması ziddiyyətlidir. Yazıçı hüquq-mühafizə orqanlarının bu məsələyə diqqət çəkəcəklərinə əminliyini ifadə edib: "Əgər həmin qətliamı həyata keçirən erməni etiraf edirsə ki, 2613 nəfəri qətlə yetirmişik, biz nə üçün 613 nəfər deyirik? Adətən ermənilər törətdikləri vəhşilikləri gizlətməyə çalışırlar. Fikir verin, Xocalıda nə qədər azərbaycanlı qətlə yetirilib ki, onlar 2613 nəfəri öldürdüklərini etiraf edirlər". Yunus Oğuz onu da qeyd edib ki, milli qəhrəman Allahverdi Bağırov da Xocalı soyqırımı zamanı minlərlə insan cəsədi daşıdıqlarını bildirmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
XƏBƏR LENTİ
-
Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
-
Miqren tutması zamanı bu üsul köməyinizə çata bilər
-
19 mərtəbəli binanın tam ortasından qatar keçir
-
Akın Akınözü yeni layihədə
-
Dünyanın ən dəyərli klubları bilindi
-
"Bu, nikah idi, hələ toy olmayıb" - Nəsrin ilk dəfə açıqladı
-
33 yaşında faciəvi şəkildə vəfat etdi
-
Günün qoroskopu: Sümük və oynaq ağrılarına qarşı ehtiyatlı davranmalısınız
-
Xalq artistinin oğlunun toyudur
-
Türkiyə millisindən böyükhesablı qələbə
-
Qanuna tabe olmayan sürücü saxlanılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğuldu
-
"İsrail və “Hizbullah” arasında atəşkəsəldə olunub"
-
Sumqayıtda yaşayış binasında partlayış olub - FOTO
-
İnyesta bu klubun baş məşqçisi oldu
-
"Arka sokaklar"ın aktyoru evləndi - Fotolar
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
-
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
-
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib - FOTO
-
Kinematoqrafçılar İttifaqında keçirilən seçkilər tamamilə qeyri-legitimdir - Rafiq Qəmbərov
-
NASA gələcəyin Ay şəhərlərinə doğru addım atır
-
Qarnın təmizlənməsinin 5 üsulu
-
Evlər niyə çökür? - RƏSMİ





