Ceyhun Bayramov Avropa İttifaqı üzv ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb - FOTO
19 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib. Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. Nazir Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad olunmuş ərazilərə terrorçu diversant qrupunun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və bu cinayət tərkibli əməllərin yolverilməzliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlara dair ətraflı məlumat verib.
Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib. Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir, İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.
Daha sonra nazir Ceyhun Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
XƏBƏR LENTİ
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
-
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - (Foto)
-
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm” -





