Siyasət

Bu sahədə işlər 2 istiqamətdə görülür, erməni təcavüzünün... - Kamran Əliyev

19 Fevral 2021 17:37
Baxış: 361

Böyük zəfər qazandığımız Vətən müharibəsi dövründə olduğu kimi, Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün prokurorluq orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Belə ki, beynəlxalq aləmdə Ermənistanın məsuliyyətə cəlb edilməsini təmin etmək üçün erməni təcavüzü ilə əlaqədar başlanmış cinayət işləri üzrə zəruri sübutların toplanması, bu təcavüzün nəticələrinin rəsmiləşdirilməsi davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş prokuror Kamran Əliyev "Milli Məclis" jurnalına müsahibəsində deyib.

K.Əliyev bildirib ki, bu sahədə işlər 2 istiqamətdə görülür: "Birinci istiqamət cinayət təqibi, ikinci istiqamət isə cinayət təqibindən kənar qaydada kompensasiyaların ödənilməsi üçün müvafiq iddiaların irəli sürülməsidir. Cinayət təqibindən kənar istiqamət daha genişdir və Ermənistan silahlı birləşmələri tərəfindən faktiki vurulan zərərlə yanaşı əldən çıxmış gəliri və digər bu kimi məsələləri də əhatə edir".

K.Əliyev vurğulayıb ki, 2020-ci il sentyabrın 27-dən başlayan müharibədə erməni təcavüzü nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində dağıdılmış və ya zədələnmiş bütün tikililərə, obyektlərə prokurorluğun müstəntiqləri tərəfindən baxış keçirilir və nəticələri müvafiq qaydada rəsmiləşdirilir: "Bununla yanaşı, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə, orada mövcud olmuş mədəni, dini və digər obyektlərə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baxış keçirilməsi və müvafiq sübutların toplanması davam etdirilir".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.