Siyasət

Milli Məclisin sədri türkiyəli həmkarına başsağlığı verib

14 Fevral 2021 17:23
Baxış: 668

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Milli Məclisin sədri İraqın Kara bölgəsində 13 nəfər mülki türk vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından baş sağlığı ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.