Azərbaycan post-müharibə bərpa erasına böyük entuziazm ilə daxil olur - “Azernews” qəzeti
"Azernews" qəzetinin 13 yanvar tarixli sayında "Azərbaycan müharibədən sonrakı dirçəliş dövrünə böyük həvəslə daxil olur" başlıqlı yazı çap olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, yazıda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərindən, müharibədən sonra ölkənin dirçəliş dövründə görəcəyi genişmiqyaslı işlərdən bəhs olunur.
Məqalədə Azərbaycanın hər səviyyədə imkanlarını səfərbər edərək regionun inkişafına öz töhfəsini vermək əzmi və potensialı təhlil edilir. Dağlıq Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə yol nəqliyyat strukturu, iqtisadiyyat, kənd təsərrüfatı, turizm, metallurgiya sənayesi və bir çox basqa sahələrin bərpası və inkişaf etdirilməsi üzrə işlərin mahiyyəti məqalədə öz əksini tapıb.
Qeyd olunub ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ölkənin və ümumilikdə regionun inkişafı üçün yeni imkanlar açır. Ötən il dünya tarixinə koronavirus pandemiyası ilə düşməsinə baxmayaraq, Azərbaycan üçün olduqca dinamik və uğurlu bir il oldu.
Məqalədə bildirilib ki, Prezidentin tapşırığı ilə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yeni yolların, o cümlədən Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun çəkilməsinə başlayıb. Bundan əlavə Füzulidən Zəngilana, oradan isə Qubadlı və Laçına yol çəkiləcək. Bundan əlavə Laçın və ya Kəlbəcərdə, həmçinin beynəlxalq hava limanın tikintisi nəzərdə tutulur. İki beynəlxalq hava limanının tikintisi işğaldan azad edilmiş ərazilərin sürətli bərpasına, məhsulların tanınmasına və turizm sektorunun inkişaf etməsinə şərait yaradacaq.
Həmçinin Horadiz-Füzuli, Füzuli-Şuşa, Horadiz-Ağbənd dəmir yolları tikiləcək ki, bu da Naxçıvan koridorunun açılması üçün xüsusi əhəmiyyət kəsb edir.
Məqalədə həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı istiqamətində genişmiqyaslı planlar mövcuddur. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji resursları, metallurgiya sənayesi, kənd təsərrüfatının inkişafı üçün geniş potensial var və bu imkanlardan istifadə edilməsi üçün planlar qurulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
XƏBƏR LENTİ
-
Bakının hansı rayonunda daha çox insan yaşayır?
-
Nə mən, nə də həkimim burnumun nə vaxt sağalacağını bilmirik
-
Ayın 10-da şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında





