Ermənistan üçün tək şans - Bataqlıq, yoxsa aydınlıq?
Dünən Moskvada günün, ayın, hətta ilin əsas gündəmini təşkil edən bir görüş keçirildi. Azərbaycan, Rusiya və Ermənistan liderləri bir araya gələrək həm regionun, həm də buradakı dövlətlərin gələcək istiqamətini, Ermənistanın isə bundan sonrakı müqəddəratını təyin etdilər. Görüşün nəticəsi kimi qəbul edilən bəyanat isə məhz 10 noyabr bəyanatında əksini tapan məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirdi.
Çünki hər üç ölkənin başçsı regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin mərhələli bərpası ilə bağlı üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklədi. İşçi qrupu prioritet qismində dəmir yolu və avtomobil yollarını, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək. Bu qrup kommunikasiyaların açılması üçün dəqiq vaxt, qrafik müəyyən edəcək və bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirəcək koridorun təmini üçün lazımi tədbirlər görəcək.
Beləliklə, cığalçı və işğalçı xarakteri ucbatından uzun illərdir regiondan təcrid edilən Ermənistan artıq haqq yoluna gəlmiş sayılır. Və Ermənistan üçün bu yol məhz Qarabağdan, onun aid olduğu Azərbaycandan keçir. Daha öncə nədən doğru yola gəlmirdi və ya gəlmək istəmirdi?! Baxmayaraq ki, hələ Dağlıq Qarabağ və ətraf ərazilər işğal altında olanda Azərbaycan dəfələrlə bəyan etmişdi ki, işğala son ver və təcrid durumundan xilas ol. Amma Ermənistan işıqlı dünyaya əlində şamla baxdı. Közərən işıqda isə "Böyük Ermənistan" qədər ümidlər vardı. Amma Azərbaycanın dəmir yumruğu onun onurğa sütununa saplananda bütün işartılar söndü, görünən tək şey bataqlığın dibi idi...
Heç vaxt strateji düşünə bilməyən Ermənistan artıq anlayır ki, bataqlıqdan çıxmaq və acından ölməmək üçün böyüklərin dizindən yapışmaq lazımdır. Əlbəttə, bu təfəkkürlə yalnız Ermənistan keçinə bilər. Baş nazir Nikol Paşinyan bəyanatında nə dedi? Dedi ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir: "Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. Bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq".
Azərbaycan və Rusiya üçün isə regional təhlükəsizlik, ictimai-siyasi sabitlik və normal qonşuluq əlaqələri daim prioritet olub. Təbii olaraq, iqtisadi maraq da öz yerində. Rusiya Prezidenti Vladimir Putin bəyanatında bu görüşü son dərəcə vacib və faydalı hesab etdi. "Çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam. Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək" - dedi.
Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir...
Beləliklə, bütün bunlara görə, bir ömür boyu Ermənistan həm Azərbaycana, həm də Rusiyaya minnətdar olmalıdır. Onsuz da Qarabağ mövcud Ermənistan hakimiyyəti üçün bir yük idi. Nikol Paşinyan özü etriaf etməsə də ölkəsinin daxilində qondarma da olsa başqa bir "hakimiyyət" istəmirdi, özü də onu saymayan, hesablaşmayan, əksinə təhdid altında saxlayan bir "hakimiyyət". Bu biabırçı vəziyyət onun üçün bir növ üz qarası idi. Amma Paşinyan dövlət sütunlarının, ordunun və siyasi karizmanın məhvi hesabına bu ləkədən qurtula bildi. İndi onun üçün tək bir şans var - Azərbaycanın ərazi bütövlüyü və onun təhlükəsizliyi! Yalnız buna təhdid yaratmadığı müddətcə ölkəsini bataqlıqdan çıxara və bundan sonrakı bəlalardan qurtula bilər...
Elgün MƏNSİMOV
Trend
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)





