Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik
Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, bu dəvətə və bu görüşün keçirilməsi təşəbbüsünüzə görə Sizə təşəkkür etmək istərdim. Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.
Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.
Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.
Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm və hesab edirəm ki, görüş çox faydalı və səmərəli olub. Sağ olun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə





