"Vətən müharibəsi Azərbaycan diasporunu birləşdirdi" - İsrailli politoloq
İsrailli politoloq Yuriy Boçarov Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı diasporumuzun dövlətə və orduya dəstək üçün yumruq kimi birləşməsindən yazıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Qafqazda müharibə Azərbaycan diasporunu birləşdirdi" ("Война на Кавказе сплотила и объединила азербайджанскую диаспору") başlıqlı məqalədə müəllif bildirir ki, insanlar pandemiyadan da ehtiyat etmədən küçələrə axışaraq Azərbaycana və onun qəhrəman ordusuna dəstəyini nümayiş etdirdi, sosial şəbəkələrdə Azərbaycan diasporu nümayəndələrinin 100-lərlə məqalə, müzakirə və müraciətləri yayımlandı".
Əsas diqqəti İsraildəki Azərbaycan icmasının gördüyü işlərə yönəldən Y.Boçarov yazır ki, təkcə İsraildə "Azİz"in rəhbərliyi ilə bir neçə kütləvi aksiya və nümayiş keçirilib: "İsrail ermənilərin və onların havadarı olan KİV-lərin hücum etdiyi Azərbaycanla bir səngərdə idi. Biz isə həmin günlərdə, bu müharibədə Azərbaycanla həmrəyliyimizlə bağlı məqalələr yaymaqla onların layiqli cavabını verdik. Təkcə "Azİz"in üzvləri Azərbaycanın haqlı davasını əks etdirən 200-dən artıq məqalə dərc etdirib. Bundan başqa, İsrail Azərbaycan əsgərinə yardım göndərən, müxtəlif fondlara maddi dəstək göstərən ilk ölkələrdəndir".
Vətənə sevginin, başqa vaxtlarda bir-biri ilə rəqabətdə olan, diaspor təşkilatlarını sıx birləşdirdiyini vurğulayan müəllif müharibə dönəmində ABŞ-da "May vey", Çexiyada "Natəvan" təşkilatlarının, Almaniya, Ukrayna və digər ölkələrdə Koordinasiya Şuralarının həmrəylik aksiyaları təşkil etdiklərini xatırladıb.
Məqalənin sonunda Y.Boçarov Azərbaycandan köçənlərin əksəriyyətinin təcrübəli mütəxəssis kimi işğaldan azad edilmiş ərazilərimizin bərpası işlərində iştirak etməyə hazır olduğunu yazır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsizniz:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi





