Siyasət

"Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək" - Səfir

7 Dekabr 2020 14:39
Baxış: 1 752

Bu il həm Ermənistan, həm də Azərbaycan üçün gərgin keçib, iyulda və payızda iki ölkə arasında açıq münaqişə baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz "Twitter" səhifəsində yazıb.

Səfir bildrib ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhərini geri qaytarıb, hər iki tərəf itkilərə məruz qalıb və əraziyə Rusiya qüvvələri yerləşdirilib.

Z.Qros əlavə edib ki, Fransa beynəlxalq qanunu, BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk qrupunun prinsiplərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dstəkləməkdə davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.