Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərinin təlaşlandırır - Siyasi ekspert
Özlərini "lider" hesab edib, ölkə və xalq maraqlarını satanların yenidən ortaya çıxıb özlərini "siyasi bilgin" hesab etmələri arxasında dayanan maraq Qarabağın işğaldan azad etməsi faktına kölgə salmağa hesablanmış xəyanət cəhdindən başqa heç nə deyil.
Bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev AXCP və "Milli Şura" rəhbərlərinin əldə edilən qələbəni ləkələməyə çalışmalarına münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Qarabağ cəbhəsində 44 gün davam edən zəfər yürüşü ərzində xalq-hakimiyyət-ordu birliyi dünyaya sübut etdi ki, heç bir qüvvə ümumxalq birliyini poza bilməz və bu gerçəkliyin məntiqi nəticəsidir ki, artıq torpaqlarımız düşmən işğalından azad olunub və Ali Baş Kmandan, Prezident İlham Əliyev xalqa müraciətində dəfələrlə vurğuladı ki, bizim qələbəmizin əsas səbəblərindən biri də yumruq kimi birləşməyimiz oldu:
"Düşünürəm ki, Cəmil Həsənlinin, Əli Kərimlinin və sairlərinin özlərini siyasi gündəmə gətirmək şanslarının boşa çıxmasının nəticəsidir ki, indi də növbəti düşməndən aldıqları sifarişli fikirləri ilə suyu bulandırmağa, xalqın, dövlətin qələbəsinə ləkə vurmağa cəhd göstərirlər. Amma mən onların həmin cəhdlərinə bir sualla cavab vermək istərdim. Fransa senatının tanınmayan və artıq olmayan dırnaqrarası "respublikanın" tanınması ilə bağlı hökumətə təqdim etdiyi saxtakar qətnaməsinə etiraz olaraq siyasi partiyaların imzaladığı sənədə nəyə görə imza atmadılar? Çünki ölkəmizdəki bütün siyasi partiyalar - iqtidarlı və müxalifətli olaraq bədnam və uğursuz qətnaməni pisləyən ümummilli bəyanatı qəbul etdilər, amma biz həmin bəyanatı imzalayanların arasında nə "Milli Şura"nın sədri Cəmil Həsənlini, nə AXCP sədri Əli Kərimlini, nə də Müsavat başqanı Arif Hacılını görmədik. Niyə əcəba? Yoxsa ehtiyat etdilər ki, uzun illər Fransanın erməni lobbisindən alacaqları növbəti qrantlarının ağzı bağlanar? Hər halda bu belədir və şübhə yoxdur ki, bu adamlar necə illərdir ki, Azərbaycan dövlətinin maraqlarına qarşı fəaliyyət göstərən ermənipərəst dairələrlə əməkdaşlıq ediblərsə, indi də həmin əməkdaşlığı davam etdirmək, xüsusilə milli-dövlətiliyimizin təminatının mühüm hissəsi olan Qarabağ zəfərimizə qarşı ermənilər qədər düşmən mövqeyini nümayiş etdirmək düşüncəsindədirlər. İndi durub hərbi, siyasi-diplomatik məsələlərə heç bir faktı bilmədən müdaxilə edərək çabalamalarının mənası, məntiqi yoxdur, olmayıb, olmayacaq da".
Bəhruz Quliyev daha bir məqamı da xatırladıb: "Yadınızdadırsa, 2016-cı ilin aprel zəfərindən sonra da bu adamlar minitq və aksiyalarında qazanılan hərbi uğurumuza ləkə vurmağa çalışdılar. Azərbaycan əsgərinin, zabitinin canı və qanı bahasına əldə elədiyi möhtəşəm dördgünlük qələbəsinə öz təbirlərincə "uğursuzluq donu" geyindirməyə cəhd göstərdilər. Amma bu da boşa çıxdı".
"Bilirsiniz onları təlaşlandıran nədir? Onları gecə-gündüz yatmağa, rahatlanmağa qoymayan xalqın bütöv şəkildə Ali Baş Komandanının ətrafında daha sıx birləşməsidir", deyən siyasi ekspert bildirib ki, hələ də "bəlkə də..." ətrafında utopik xəyallara dalaraq hakimiyyət hərisliyi ilə alışıb-yananlar siyasi məzarlığa yollandıqlarının, xalq üçün, dövlət siyasəti üçün heç bir mahiyyət daşımadıqlarının fərqinə vardıqları üçün "biz də varıq" tipli köhnə, ucuz təfəkkürləri ilə özlərini "yuyulmamış qaşıq" kimi ortalığa atırlar: "Cəmil Həsənli bugünə qədər hansı səmərəsini verib xalq üçün, dövlət üçün? Əli Kərimli və digərləri açıq-aşkar daxillərindəki hərisliklərini, xəbisliklərini, qısqanclıqlarını bu dəfə də düşmənə işləmək kimi dar düşüncələri ilə nümayiş etdirirlər. Ancaq unudurlar ki, bu qələbənin Müzəffər Sərkərdəsi, Ali Baş Komandanı, şanlı və qəhrəman Ordusu, bu iki vahidi birləşdirən xalqı var və bundan sonra nə qədər xəyanətkarlıq addımları atsalar da heç nəyə nail ola bilməyəcəklər. Buna tam əmin olar bilərlər".
"Yoxsa durub yenidən sosial şəbəkələrdə düşmən dəyirmanına su tökməklə məşğul olmağa davam edəcəklərsə, bu zaman özlərini "lider" kimi zorla ictimai rəyə sırımağa çalışanlar Prezident İlham Əliyev cənablarının onlara aid etdiyi "Paşinyanlar kollektivi" adını özlərinə daha çox pərçimləmiş olacaqlar. Əslində, onlar sevinib və dizə gələrək təşəkkür etməlidirlər ki, məhz İlham Əliyev hakimiyyəti bunların 27 il əvvəl törətdikləri satqın, xain məğlubiyyət sindromlarını dünyaya səs salan möhtəşəm qələbəmizlə kökündən məhv etdi!", "SƏS" qəzetinin baş redaktoru sonda vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb





