Müzəffər ordumuzun hərbi qulluqçularının bir qrupu geri qayıdıb - FOTO
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvana geri qayıdıb.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycanın ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.
Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Təsadüfi deyil ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətində bunu xüsusi qeyd edərək deyib: "Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - (Foto)
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
XƏBƏR LENTİ
-
Müəllimlərlə əlbir olaraq 71 min manatlıq mənimsəmə edən məktəb direktoru barəsində cinayət işi başlandı
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Gəncədə zirzəmidən meyit tapıldı
-
Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatdı - Yenilənib
-
Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq
-
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - (Foto)
-
Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək
-
Böyük Britaniyanın Baş naziri istefa verdi
-
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - Proqnoz
-
Bakıda qardaşıgilə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü
-
Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu
-
Rəşad Dağlı həmin cinayətdən danışdı: "Dedi ki, guya seksual azlıqsan"
-
Liamın 47 milyonluq mirası kimə qalacaq? - (Foto)
-
Səhiyyə Nazirliyi yoxladı: Bakıda bir sıra çimərliklərə giriş qadağan olundu (Foto)
-
Son bir həftədə 113 mina və 514 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib
-
Gündüz Babayev vəfat etdi
-
Bu həftə 3 gün iş olmayacaq
-
Məktəblilər idman meydanlarında güclərini sınadılar - MRİO-da ilk gün - (Foto)
-
Elvin Cəfərquliyev yenidən "Qarabağ"ın əsas heyətində
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib - (Foto)
-
Bakıda 7 günlük hava proqnozu - Ayın 26-dan yağışlar başlayır





