"Qərb Paşinyan hakimiyyətini qorumaq üçün onun daxildəki cinayətlərinə susur"
"Nikol Paşinyan Dağlıq Qarabağ cəbhəsində Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə düçar ediləndən sonra məğlubiyyətin əvvəlcə qisasını dinc azərbaycanlılardan almağa çalışsa da, o, bu istiqamətdə də ciddi uğursuzluqla üzləşdi".
Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, Paşinyan Azərbaycana ağır məğlubiyyətin qisasını xalqından alır:
"Paşinyanın Gəncədə, Bərdədə və digər şəhər və rayonlarda həyata keçirdiyi qisas əməliyyatları sonda onun özünə qarşı beynəlxalq miqyasda pis bir imicin yaranmasına səbəb oldu. Bunun ardınca Paşinyan Azərbaycana ağır hərbi məğlubiyyətinin qisasını indi faktiki olaraq öz xalqından almağa başlayıb. Çünki onun müharibədə məğlubiyyəti və hakimiyyətə gələndə cəmiyyətə verdiyi vədləri yerinə yetirə bilməməsi nəticədə erməni cəmiyyətini ona qarşı köklüyüb. Erməni cəmiyyəti haqlı olaraq Paşinyandan həm verdiyi sözləri yerinə yetirməməsinin, həm də müharibədə Azərbaycana məğlub olmasının hesabını soruşmağa başlayıb. Bu, sonda onun hakimiyyəti üçün təhlükə olduğuna görə hakimiyyətini qorumaq məqsədilə indi öz xalqına qarşı bütün repressiv və təzyiq üsullarından istifadə edir. Paşinyanın öz xalqına qarşı tətbiq etdiyi bu qisas və repressiya əməliyyatları klassik avtoritar rejimlərin təbiətindən doğan bir davranışdır. Paşinyan başqa bir davranış sərgiləyə də bilməz. Çünki açıq, demokratik və şəffaf dioloqla cəmiyyətlə münasibətlər qursa, bu sonda onun hakimiyyətdən gedişini sürətləndirə bilər. Ona görə də repressiv üsullarla xalqı susdurmaq, hakimiyyətini uzatmaq istəyir".
A.Quliyev qeyd edib ki, Paşinyan Qərbin öz layihəsidir:
"Ermənistandakı mövcud şəraitdə Qərbin institutlarının Paşinyanın bu davranışlarına susması həqiqətən düşündürücüdür, amma təsadüfü deyil. Bu, bir başa onun nəticəsidir ki, əvvəla beynəlxalq dairələr Ermənistana və onun mövcud rejiminin siyasətinə həmişə ikili standartla yanaşıblar. Bunu vəziyyət də göstərir ki, Paşinyanın ölkədə vətəndaşlarına qarşı etdiklərinin yüzdə biri əgər Azərbaycanda olsaydı Azərbaycan hakimiyyətinə qarşı Qərbin rəsmi dairələrinin və institutlarının təzyiqləri daha güclü və intensiv olardı. Bir sözlə, Paşinyan rejiminə Qərbdən həmişə ikili standart yanaşma olub, biz bunu indi də görürük. Digər tərəfdən isə Paşinyan Qərbin müəyyən rəsmi və qeyri-rəsmi dairələrinin Qafqazda yaratdıqları bir layihə olduqları üçün bütün hallarda onu müdafiə etməyə və müharibədəki məğlubiyyətin onun hakimiyyətinin süqutuna səbəb olmamasına çalışırlar. Dəqiq desək, Paşinyan bu gün Qərbin öz layihəsi olduğuna görə hakimiyyətdə müəyyən qədər qalmasına və öz hakimiyyət dövrünü yaşamasına çalışırlar. Ona görə ki, Paşinyan onların bu bölgədə demokratiya adı altında yerləşdirdikləri bir bombadır. O mənada ki, bundan sonra Ermənistanın daxili siyasətinə, eləcə də eyni ssenarini regionun başqa ölkələrinə də tətbiq etmək haqqında düşünürlər. Bu istiqamətdə uğur qazanmaq üçün onların planlarına görə, Paşinyan hakimiyyəti sona qədər müdafiə olunmalıdır. Buna görə də Qərb dairələrinin Paşinyana sükut mövqeyi fikrimcə, uzun müddət davam edəcək. Heç olmasa o mənada ki, Qərbin münasibətinin, reaksiyasının Paşinyan hakimiyyəti üçün ciddi bir təhlükə yarada biləcəyinə onlar qəti şəkildə yol vermək istəmirlər. Ona görə, Paşinyan hakimiyyətini qorumaq üçün onun daxildəki cinayətlərinə susurlar".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)





