Siyasət

Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar - Rusiya XİN rəhbəri

21 Noyabr 2020 19:51
Baxış: 1 406

Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Rusiya XİN rəhbəri bildirib:

"Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.