İtalya mətbuatı erməni vəhşilikləri haqda reportaj hazırlayıb - VİDEO
İtaliyanın tanınmış "la Repubblica" saytı ermənilərin Füzulidə törətdiyi vəhşiliklər, dağıntılar və qadağan olunmuş silahlardan istifadə etməsi, o cümlədən fosfor mərmisinin partladılması barədə reportaj hazırlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məqalə müəllifi ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini diqqətə çatdırıb: "Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında. 30 il öncə 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilmişdir. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir.
Burada hər bir şey dağıdılmışdır. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalmamışdır. Ətrafda gördüyümüz kəndlər o cümlədən müsəlman qəbirsanlığı dağıdılmışdır
Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilmişdir. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcbur köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.
Digər tərəfdə isə on minlərlə erməni atəşkəs haqqında bəyənata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk etmiş sərhədə yaxın yerləşən Vardenizə üz tutmuşlar. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk etmişlər.
Prezident İlham Əliyev Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzamətini yenidən bərpa edəcəyini və on minlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd etmişdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi





